Icma.az
close
up
RU
Aleksander Arnoldun “Real”a keçidi rəsmiləşdi

Aleksander Arnoldun “Real”a keçidi rəsmiləşdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trent Aleksander-Arnoldun “Real”a keçidi ilə bağlı transfer dastanında son nöqtə qoyuldu.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”la müqavilə müddəti bitən ingiltərəli müdafiəçi burda qalmaqda maraqlı olmadı.
Müqavilənin son bir ayı ilə bağlı çətinlik var idi: “Real” “qırmızılar”a 1 milyon avro kompensasiya ödəməklə Trenti klublarası dünya çempionatına aparmaq istəyirdi. “Liverpul” bu təklifdən imtina etdi və 10 milyon istədi. Mario Korteqanın və bir çox başqa insayderin yaydığı xəbərə görə, Madrid klubu bu tələbə də razılıq verib və müqavilə müddətinin bir ay tez bitməsi üçün lazımi məbləği ödəyib.
Müqavilə müddətinin bitməsinə bir ay qalan futbolçu üçün 10 milyon avro ödəmək “Real”ın bu transferdə nə dərəcədə maraqlı olduğunu göstərən məqamdı. Trent artıq Xabi Alonsonun sərəncamındadı. Bəli, Trent “Real”la çoxdan anlaşmışdı. “Liverpul”un yetirməsinin Madrid klubuna keçmək arzusu haqda İspaniya mediası hələ payızda yazırdı. Ancaq o vaxt nüfuzlu insayderlər bu xəbəri təsdiqləmirdi.
Nəhayət, yazda bu iddianı bölüşənlərin sayı artdı. David Ornşteyn hətta prosesi detallarına qədər xırdalayıb.
● “Real” Trentlə müqavilə bağlamaq üçün iki il çalışıb. Dani Karvaxalın xaçvari bağlarını zədələməsi bu prosesi bir qədər də sürətləndirib.
● “Real” və “Liverpul” daim əlaqədə olub. İspaniya klubu İngiltərə klubuna danışıqların gedişi ilə bağlı bilgi verib. “Real” Trentə və təmsilçilərini müqaviləni hələ martda təqdim edib.
● “Liverpul” son mərhələdə Trentə daha səxavətli müqavilə təklif edib. Ancaq müdafiəçidə yeni çağırışa cavab vermək və “Real”ın formasını geymək arzusu qalib gəlib. Pul onun üçün heç vaxt həlledici amil olmayıb.
Nüfuzlu insayderlərin yaydığı xəbərə görə, ingiltərəli müdafiəçi 2031-ci ilə qədər müqavilə bağlayacaq. Ramon Alvares De Mon maliyyə detallarını da açıqlayıb: vergilər çıxılandan sonra 7,2 milyon avro maaş, 15 milyon avro imza parası (müqavilə müddətinə uyğun bir neçə hissədə ödəniləcək). Trentin nümayəndələri də komissiya haqqı kimi bir neçə milyon alacaq.
Bəs Aleksander-Arnold “Liverpul”la necə vidalaşdı? O, mayda geniş vida məktubu yazmışdı:

“Liverpul”da 20 il keçirəndən sonra bunu deməyin vaxtıdı – bəli, mövsümün sonunda klubu tərk edirəm. Bu, həyatımdakı ən çətin qərardı. Bilirəm ki, indiyə qədər bu haqda danışmadığına görə məyussuz və ya məni qınayırsız. Ancaq mən həmişə komandanın maraqlarına tam köklənməyə çalışmışam. Və məhz 20-ci çempionluğa. Bu klub həyatımın mənası, dünyam olub – 20 il ərzində. Akademiyaya qədəm qoyduğum gündən bəri. Dəstəyiniz və sevginiz həmişə mənlə olacaq. Hər birinizin qarşısında əbədi borcluyam. Bu qərar onunla bağlıdı ki, mən yeni çağırışı qəbul edirəm. Rahatlıq zonasından çıxıram – həm peşəkar, həm də şəxsi planda inkişaf etmək istəyirəm. Hamıya – məşqçilərimə, menecerlərimə, bütün komanda yoldaşlarına, klub personalına və qeyri-adi azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Son 20 ilə görə minnətdaram. Arzularımı burda gerçəkləşdirə bildiyimə görə bəxtim gətirdi. “Liverpul”a sevgim heç vaxt ölməyəcək. Birgə keçirdiyimiz gözəl anları və qələbələri unuda bilmərəm”.

Hər halda, Trenti fitə basanlar da tapıldı. “Liverpul”un fanatlarının bir qisçi klubu yetirməsinin pulsuz-parasız ayrılmasını xoş qarşılamadı. Hətta komandanın sabiq baş məşqçisi Yürgen Klopp da bu məsələyə münasibət bildirməli oldu, daha doğrusu, müdafiəçini müdafiə etdi:

“O, meydana çıxanda mən fit səsləri eşitdim. Artıq qocayam, bu üzdən televizorun səsini artırdım və əmin oldum ki, həqiqətən onu fitə basırlar. Bunu dərk etmək üçün daha 10 saniyə lazım gəldi, ardından televizoru söndürdüm. Məyus oldum. Məyusluğunuzu, qəzəbinizi anlayıram. Ancaq onu da deyirəm ki, unutmayın. Bu klub heç nəyi unutmur”.

Beləliklə, “Liverpul”dakı son mövsümündə çempion olan Trent Madridə - yeni titullar arxasında yollanır. Müdafiəçinin həyatında yeni fəsil başlayır. Amma 10 milyon avro da puldu. “Qırmızılar”ın azarkeşləri hər nə qədər daha artığını istəsələr də...
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri