Aleksandr Mostovoy Rusiya yığmasını ələ saldı
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy ölkəsinin yığmasını ələ salıb. Sport24.az xəbər verir ki, o, Valeri Karpinin komandasına yeni ekzotik rəqiblər təklif edib. Veteran futbolçu bu barədə öz teleqram kanalında paylaşım edib.
Mostovoyun siyahısına Şri-Lanka, Virciniya adaları, Eritreya, Quam, Baham adaları, Anqiilla, San-Tome və Prinsipi, Somali, Samoa, Tonqa və FİFA reytinqində ən aşağı yerlərdən olan bir çox digər komandalar yer alıb:
"Rusiya komandasına yeni rekordlar üçün yeni rəqiblər tapdım. Mənə təşəkkür etməyin".
Qeyd edək ki, Rusiya yığması ötən gün Qrenada ilə yoldaşlıq oyunu keçirib. Ruslar rəqibinə 5:0 hesabı ilə qalib gəlib və Artyom Dzyuba bu görüşdə vurduğu qol sayəsində millinin tarixində ən sərrast futbolçu adına sahib çıxıb.

