Aleksandr Novak: Neft qiymətləri əksər istehsalçıları qane etmir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“Bazar şoklarının” təsiri azaldıqca dünya bazarında neft qiymətləri yüksələcək.
“APA-Economics”in “Vedomosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, neftin hazırkı dünya qiymətləri əksər əsas istehsalçıları qane etmir.
“Neftin hazırkı dünya qiymətləri ticarət müharibələrinin və geosiyasi gərginliyin artan amili nəzərə alınmaqla mövcud bazar konyukturasının qısamüddətli nəticəsidir və əksər əsas neft istehsalçılarını qane etmir. Odur ki, neft qiymətlərində “bazar şoklarının” təsiri azaldıqca düzəliş olacaq və yüksəliş dinamikasına yönələcək”, - Aleksandr Novak qeyd edib.
Baxış sayı:92
Bu xəbər 17 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















