Aleksandr Vuçiç: “Serbiya Avropa yolunda qalacaq”
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiya prezidenti Aleksandr Vuçiç mayın 7-də axşam Moskvaya uçaraq Qızıl meydanda olub. Serbiya lideri Kremlin divarları önündə deyib ki, Rusiyaya səfərinə başqa ölkələrin reaksiyası onu maraqlandırmır.
Reyting.az-ın məlumatına görə, A. Vuçiç bildirib ki, Serbiyanın avropapərəstlik yolundan imtina etdiyini deyənlər həmişə tapılacaq.
Serbiya prezidenti respublikanın Avropa yolunda qalacağına əminliyini ifadə edib. “Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”.
Serbiya prezidenti qarşıdakı planlarından da danışıb: o, patriarx Kirilllə görüşəcək və ona orden təqdim edəcək, cümə axşamı, mayın 8-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə, mayın 9-da Çin Xalq Respublikasının sədri Si Cinpinlə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Onu da xatırladaq ki, prezident Vuçiçin təyyarəsi Moskvaya uçarkən dron təhlükəsi səbəbindən Bakıya məcburi eniş etmişdi.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Serbiya prezidenti Aleksandr Vuçiç istefa verəcəyini bəyan edib
11 İyun 2026 15:10
Serbiya Prezidenti Aleksandr Vuçiç tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır
25 May 2026 07:57
Vuçiç: Serbiya Aİ üzvlüyünə sadiq qalacaq
26 Mart 2025 02:13
Aleksandr Vuçiç Azərbaycana gələcək
19 Yanvar 2026 12:50
Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq
21 İyun 2025 17:22
Baxış sayı:167
Bu xəbər 08 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















