Aleksey İsayev Qarabağ ın Avstriyadakı toplanışına qatılmayacaq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zirə" ilə yoxlama oyununda 4:0 hesablı qələbə qazanan "Qarabağ" hazırlığı davam etdirmək üçün sabah saat 11:20-də Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yollanacaq.
Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, komanda iyunun 16-dək Avstriyada hazırlıq keçəndən sonra Azərbaycana qayıdacaq. Aleksey İsayev isə Avstriya toplanışında "köhlən atlar"ın sıralarında olmayacaq.
Buna səbəb isə futbolçunun əməliyyat olunmasıdır.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















