Alen Simonyan Azərbaycana gələcək
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə sülh prosesinin dərinləşdirilməsinin müzakirə edildiyini bildirib.
Modern.az xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin sülhlə bağlı bütün addımları atdığını və atmağa davam edəcəyini məmnunluqla qeyd edib.
“Razılaşdıq ki, indiyədək həllini tapmayan məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq edək”, – deyə Simonyan bildirib.
Ermənistan rəsmisi həmçinin Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. Belə bir görüş daha əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsində Armen Qriqoryanın olduğu dövrdə də planlaşdırılmışdı.
“Belə bir səfər edəcəyimi istisna etmirəm, lakin bununla bağlı hər hansı tarix deyə bilmərəm”, – Alen Simonyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















