Alen Simonyan: Delimitasiya haqqında reqlament hər iki dövlətin qələbəsidir
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan və Azərbaycan Tavuş istiqamətində delimitasiya yekunlaşdıqdan sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyinin müzakirə edir.
APA-nın “armenpress”ə istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
Bununla belə o, sözügedən məsələ ilə bağlı yekun qərarın hələ mövcud olmadığını vurğulayıb. A. Simonyan Sərhədlərin Delimitasiyası üzrə komissiyaların reqlamentinə də toxunub:
“Mən düşünürəm ki, komissiyaların fəaliyyəti haqqında reqlament dövlətlər arasında imzalanmış ilk sənəd olduğu üçün hər iki tərəfin qələbəsidir. Onun reallaşması həm Ermənistan, həm də Azərbaycanın ərazi bütövlüyü məsələsində əsas elementlərdən biridir. Biz bu məsələdə irəliyə doğru addımlamaqda davam edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















