Alen Simonyan Solovyovu təhqir etdi Kreml təbliğatçısını nəcisə bənzətdi
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyovu təhqir edib.
Xatırladaq ki, ötən həftə Solovyov Ermənistanda və Orta Asiya respublikalarında “SVO” keçirilməli olduğunu deyib və bu, diplomatik qalmaqala səbəb olub. Ermənistan Rusiya səfirini çağıraraq, ona nota təqdim edib.
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, jurnalistlər Alen Simonyandan Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın son açıqlamalarına münasibət istəyiblər.
Belə ki, Ermənistandakı müxalif dairələr Fidanın TRIP layihəsinə dəstəyini Ermənistan hakimiyyətinə dəstək kimi təqdim etməyə çalışıblar.
Simonyan cavab olaraq deyib ki, daxili müxalifət və Rusiya təbliğatçıları istisna olmaqla, hamı bu layihəni dəstəkləyir.
Hətta Rusiya hakimiyyəti də buna açıq şəkildə mənfi fikir bildirmir: "Solovyov və digərləri(Ermənistandakı rusiyayönlü müxalifət nəzərdə tutulur-red.) çubuq üzərindəki nəcis kimidirlər. Onlar eynidirlər. Onlar fərqli deyillər və mən şərh vermək istəmirəm".
Simonyan lazım gələrsə, bu fikrini rusiyalı həmkarlarına çatdıracağına da söz verib. O deyib ki, Valentina Matviyenkodan Moskvaya təkrar səfər etmək üçün dəvət alıb və tezliklə bu fikirlərini çatdırmağa fürsəti olacaq. Ümumilikdə, Simonyan söhbət zamanı Solovyovla bağlı "çubuq" müqayisəsini üç dəfə təkrarlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















