Ali Faysal: BMT fələstinlilərlə bağlı addımlar atmalıdır
Icma.az, Report.az saytına istinadən bildirir.
Fələstin BMT-ni fələstinlilərlə bağlı addımlar atmağa çağırıb.
“Report” xəbər verir ki, bunu Fələstin Milli Şuranın sədr müavini Ali Faysal Asiya Parlament Assambleyasının (APA) Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
“Qaçqınların geri qayıdışı təmin edilməlidir. Ərəb Dövlətləri Liqasını da təcili toplantıya çağırıram, fələstinlilərə humanitar yardım məsələsinə ciddi diqqət ayrılsın. Qəzzanın yenidən qurulmasına beynəlxalq ictimaiyyətin köməyi lazımdır. Ərəb, Avropa ölkələrinin parlamentləri Fələstin xalqına birbaşa dəstəyin nümayiş etdirilməsi istiqamətində səy göstərməlidirlər. Əsrlərin mübadiləsi məsələsinə ciddi yanaşılmalı, humanitar yüklərin Qəzzaya girişinə şərait yaradılmalıdır”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Fevral 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















