Icma.az
close
up
RU
Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar qəbul edib

Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar qəbul edib

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası sağlam ətraf mühitdə yaşamaq hüququ və bu hüququn pozulması nəticəsində vurulan zərərin ödənilməsi ilə bağlı məhkəmə təcrübəsini təmin edən qərar qəbul edib.

Ali Məhkəmədən Reyting.az-a bildirilib ki, vətəndaş neft emalı zavoduna qarşı iddia qaldıraraq deyib ki, sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır.
O, zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini tələb edib.
İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında aparılan monitorinqlər nəticəsində havada və suda zərərli maddələrin miqdarının normadan artıq olması məlum olub. Belə ki, aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin, xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanıb.
Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.
Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə iqlim və ekosistem (ağacların qırılması, torpağın şoranlaşması və eroziyası, su hövzələrinin qurudulması, bioloji müxtəlifliyin azalması və s.), fiziki (səs-küy, toz, radiasiya, istilik, vibrasiya və s.), kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.), bioloji (bakteriyalar, virus, göbələk və s.) və mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.) cəhətdən çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) başa düşülür. Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozduğu halda isə bu, ona mənəvi zərərin əvəzinin ödənilməsini istisna etmir.
Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi zərərin vurulmasına səbəb ola bilər.
Bu baxımdan, istehsal müəssisələri və digər təşkilatlar öz fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından çəkinməlidirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri