Icma.az
close
up
RU
Ali Məhkəmə Mal bazarı nda saxta pulla satıcını aldadan şəxslə bağlı qərarı LƏĞV ETDİ

Ali Məhkəmə Mal bazarı nda saxta pulla satıcını aldadan şəxslə bağlı qərarı LƏĞV ETDİ

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali Məhkəmə dövriyyəyə saxta pul buraxılması ilə bağlı qərar verib.

Oxu.Az xəbər verir ki, qərar baxılan cinayət işi əsasında qəbul olunub.

İşin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 AZN nominallı pul əsginasının təsviri olan, lakin üzərində "Etibarsızdır" yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əsginası ilə eynilik təşkil etməyən saxta pul hazırlayıb. O, "Etibarsızdır" yazısını mətbəx bıçağı ilə pozaraq, həmin saxta pulları satış məqsədilə hazırlayıb və sonradan İmişli rayonunda yerləşən "Mal bazarı"nda bu pulları satıcıya verərək, ondan 500 manat dəyərində iki baş quzu alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.

Aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qiymətləndirilib, lakin zərər çəkmiş şəxsə vurulmuş zərərin 500 manatdan çox olmaması səbəbilə, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində dələduzluq cinayət tərkibinin olmamasına görə ona bəraət verilib.

Sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlib və bu, işin faktiki hallarına uyğun olmayan səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.

Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, şəxsin bıçaqla 5 əsginas üzərində "etibarsızdır" yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin.

Aparılmış ekspert rəyində təqdim olunan pul əsginaslarının həqiqi əsginaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.

Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.

Qeyd olunanlara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına qaytarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri