Icma.az
close
up
RU
Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir

Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrisen, BMT-nin baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər iştirak ediblər.
Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.
Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir. Bildirilib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquqşünaslar iqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik bazasının möhkəmləndirilməsində, məhkəmə təcrübəsinin formalaşdırılmasında və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayırlar. Hüquq institutları təkcə ekoloji cinayətlərlə mübarizədə deyil, həm də ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirak edirlər. Hakimlər arasında iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyi vurğulanıb.
Sonra Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi təbiətdə xüsusən su hövzələrinə təsir edir, quraqlığın yaranmasına gətirib çıxarır. Ətraf mühiti hakimsiz qorumağın mümkün olmadığı xüsusi vurğulanıb. Ona görə də bu müzakirələrin təşkil edilməsində məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə hakimləri də cəlb etməkdən ibarət olduğu bildirilib.
BMT-nin baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali çıxışında ətraf mühitə təsir edən, qanunun aliliyini pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, iqlim ədaləti planeti qorumaq üçün lazımdır və bu istiqamətdə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri Luk Lavrisen isə dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində götürdükləri öhdəliklər və bu istiqamətdə məhkəmə təcrübəsini vurğulayıb. Bildirilib ki, yetərsiz iqlim insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq öhdəliklər kontekstində iqlim dəyişikliyi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və bu sahədə çıxarılan məhkəmə qərarlarının icrasına xüsusi nəzarətin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra tədbir panel müzakirələrlə davam etdirilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri