Icma.az
close
up
RU
Ali Məhkəmədən lizinqlə bağlı VACİB QƏRAR

Ali Məhkəmədən lizinqlə bağlı VACİB QƏRAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisəyə üzrə mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

Modern.az xəbər verir ki, işin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib. 

Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. 

Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb. 

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri