Icma.az
close
up
RU
Ali Məhkəmədən tikinti şirkətləri haqda MÜHÜM QƏRAR

Ali Məhkəmədən tikinti şirkətləri haqda MÜHÜM QƏRAR

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali Məhkəmənin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.

Moderator.az xəbər verir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.

Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apelyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apelyasiya Məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.

İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.

Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir. Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.

Yekunda kassasiya instansiyası apelyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri