Icma.az
close
up
RU
Ali Məhkəmədən yol nəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Ali Məhkəmədən yol nəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb. 

Modern.az xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol nəqliyyat hadisəsi yerindən qaçıb. 

Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib. 

Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.

Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub.

Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir. 

Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlmişdir. 

CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaqdır. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib, şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar. 

Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri