Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə yola salındı
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini, bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edərək, Mehparə Əhmədovanın kollektivdə ədalətli mövqeyi, səmimiyyəti və dürüstlüyü ilə böyük hörmət və nüfuz qazandığını qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mehparə Əhmədova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Mehparə Əhmədovaya Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















