Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İdman Akademiyasına qəbul olunanların qabiliyyət imtahanında dəyişiklik təklif olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşü zamanı Azərbaycan Üzgüçülük Federasiyasının Baş katibi Oqtay Atayev deyib.
Baş katib bildirib ki, İdman Akademiyasına qəbul zamanı müəyyən normativləri yoxlamaq üçün qabiliyyət imtahanı verilir.
O bildirib ki, bundan əlavə idmanın inkişafı üçün stiumul verilməlidir:
“Bu gün Azərbaycan universitetlərə qəbul olunmaq üçün maksimum bal 700-dür. Həmin bal 5-6 fənn üzrə verilən imtahanlardan toplanır. Hər fənndən 10 bal çıxılsa və o idman qabiliyyəti üçün hesablansa, artıq İdman Akademiyasına qəbul olunmaq istəyən hər bir abituriyent çalışacaq ki, digər fənlərdən toplaya bilmədiyi balları toplasın”.
“Burada həmçinin şəffaflıq təmin olunacaq, subyektiv məsələlər olmayacaq” – o sonda qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 04 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















