Icma.az
close
up
RU
Ali məktəblərə qəbul BSQ lərin nəticələrinə görə olsun TƏKLİF

Ali məktəblərə qəbul BSQ lərin nəticələrinə görə olsun TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Heç kimə sirr deyil ki, Azərbaycanda orta məktəblərdə şagirdlərə verilən təhsil onların ali məktəblərə qəbulu üçün yetərli deyil. Elə bu səbəbdən demək olar ki, yuxarı sinifdə oxuyan hər bir məktəbli universitetə qəbul olmaq üçün repetitor yanında hazırlığa gedir.

Təhsil proqramlarında hansı dəyişikliklər edilməlidir ki, orta məktəblərdə keçilən dərslər şagirdlərin gələcəkdə ali məktəbə repetitor yanında hazırlaşmadan qəbuluna imkan versin?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, təhsildə çatışmamazlıq olduqda ortaya repetitorlar çıxır:

"Abituriyent 11-ci sinfi bitirir. Müəllimi ona 11-ci sinifdə 11-ci sinif dərslərini keçir. Abituriyent universitetə qəbul olmaq üçün imtahan verir. Dövlət İmtahan Mərkəzi (DİM) 5–11-ci sinif materiallarını imtahana salır. Abituriyent 11-ci sinifdə oxuduğuna görə texniki olaraq beyin əvvəlki məlumatları unudur. Bu zaman ortaya repetitor çıxır. Repetitorluğun yaranma səbəbləri var. Məktəbin verdiyi təhsil ilə şagird yetinə bilmir. Çünki sistemdə problem var. Proqram yeniliyi lazımdır. Düşünmürəm ki, valideyn ayda repetitora 300–400 manat pulu kefindən versin. Bu, məcburiyyətdir. Düşünürəm ki, keçirilən böyük summativ qiymətləndirmələri (BSQ) daha da ciddiyə almaq olar".

Ekspertin sözlərinə görə, BSQ-lər DİM tərəfindən keçirilsə, daha maraqlı olar.

"Şəxs 6-cı sinifdə kiçik summativ qiymətləndirmə (KSQ), BSQ verirsə, 11-ci sinifdə imtahanı yalnız 11-ci sinifdən versin. Əvvəlki qiymətlər toplansın və həmin nəticə ilə abituriyent ali məktəbə qəbul olsun. Bu məsələ dünyanın bir çox ölkəsində var və bu modeldən istifadə olunur. Hazırda Azərbaycan məktəblərində sistem, proqram dəyişikliyinə ehtiyac var. Bunlar olmazsa, nəticə əldə edə bilməyəcəyik. Bu gün məktəb yox, repetitorluq idealdır. Bu, təəssüf doğurur", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri