Icma.az
close
up
RU
ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANINDA AĞILASIĞMAZ FIRILDAQ Saxlanılanlar var...

ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANINDA AĞILASIĞMAZ FIRILDAQ Saxlanılanlar var...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. Dövlət İmtahan Mərkəzinin (DİM) detektorları onları asanlıqla aşkar edirdi. Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes xidmətinə çeviriblər".

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

"Tələb var, təklif də hazırlanır: kim imtahanda uğur qazanmaq istəyirsə, “gizli texnologiya paketi” hazırdır – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr...", – o əlavə edib.

AİF prezidenti daha sonra qeyd edib: “Əldə etdiyim məlumata görə, məhz belə xidmətləri təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var. Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib. Görünür, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər. Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, qrupa və ya regiona bağlı olması şübhə doğurub. Həmçinin, imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellekt vasitəsilə müəyyən edilib. Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdurlar ki, tez-tez qulağa toxunsunlar, paltarlarında nəsə qurdalasınlar, süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s.”

Osman Gündüz hadisədə ən diqqətçəkən məqamı açıqlayıb: "Artıq bu tip fırıldaq imtahan verənin şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq – yəni biznes kimi təklif edilən “texnoloji dəstək paketi” şəklində təqdim olunur. Bu, artıq fərdi fırıldaq yox, kütləviləşmiş, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir. Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb olunmaları təqdirəlayiq addımdır.

Amma bu hadisə bir daha göstərdi ki, məsələ sadəcə bir neçə abituriyentin fırıldağa əl atmasında deyil, texniki və texnoloji savada malik şəxslərin öz biliklərini cinayətə yönəltməsindədir. Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi".

AİF prezidenti vurğulayır ki, dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiala malik insanlar fırıldağa və cinayətə deyil, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və bu istiqamətə cəlb olunsunlar.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri