Icma.az
close
up
RU
Ali məktəblərə qəbul qruplar üzrə deyil, ixtisaslar üzrə olmalıdır Elşən Qafarov

Ali məktəblərə qəbul qruplar üzrə deyil, ixtisaslar üzrə olmalıdır Elşən Qafarov

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Təhsil eksperti Ramin Nurəliyev təklif edib ki, qəbul imtahanında 100 baldan aşağı nəticə göstərən abituriyentlərin attestatla xaricə təhsil üçün göndərilməsinə qanunvericilikdə məhdudiyyət qoyulmalıdır.

Bu məhdudiyyətə həqiqətən ehtiyac varmı?

Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, Konstitusiyanın 42-ci maddəsinə görə, təhsilin hər hansı bir pilləsində və səviyyəsində təhsil alınmasına məhdudiyyət qoyula bilməz:

"Vətəndaşın təhsil almasına dövlət təminat verir. Buraxılış və qəbul imtahanları qiymətləndirmədir və qiymətləndirmənin nəticələrinə uyğun olaraq hər hansı bir məhdudiyyət qoyulması, bu da doğru deyil. Balı 100-dən aşağı olan şəxs xaricə göndərilməzsə, bəs harada oxuyacaq? Biz ona burada o təhsil mühitini yarada bilirikmi? Düşünmürəm bu uyğun bir variantdır və hər hansı bir halda təhsil almağa qoyulmuş məhdudiyyət sayılır. Bu da vətəndaşın konstitusion hüququnun pozulmasıdır. Birmənalı şəkildə heç bir halda vətəndaşın təhsil almağına bir maneə yaratmaq olmaz. Biz ondansa təhsilin keyfiyyətini artıraq".

Müsahibimiz qeyd etdi ki, bu gün ümumtəhsil məktəblərində tərbiyə və təhsil mühiti pozulub:

"Bizim qəbul qaydalarımız da dəyişdirilməlidir. Ali məktəblərə qəbul qruplar üzrə deyil, ixtisaslar üzrə olmalıdır. Bax, bu artıq fərqli bir situasiyadır. Onda artıq hər kəs arzuladığı ixtisas üzrə sənəd verməyə çalışacaq. Digər bir tərəfdən də biz qısa bir müddətdə, dörd il ərzində hər il ali məktəbə qəbulu 45 mindən 75 minə qaldırmağı hədəfləmişik. Təbii ki, ali məktəblərdə yeni korpuslar tikilməlidir, yeni ali məktəblər qəbul edilməlidir. Ümumiyyətlə bu bal sisteminə uyğun olaraq ali məktəbə qəbul artıq özünü doğrultmur. Əgər attestatı varsa, o artıq attestasiya olunmuş sayılır. Attestatla qəbula üstünlük verilməlidir. Görüləsi işlər çoxdur, amma təhsil sahəsində bu islahatlar sıfırın altındadır. Çox təəssüf olsun ki, təhsildə atılmış bütün addımlar ancaq layihə xarakterlidir və əsl islahatlar, nəticəyönümlü islahatlar ölkə təhsilində aparılmır. Ona görə də vəziyyət günü-gündən də pisləşir, narazılıqlar artır. Bir çox hallarda əsaslandırılması olmayan təkliflər irəli sürülür. 100 baldan aşağı olan şəxslərin təhsil hüququndan məhrum edilməsi yolverilməz və absurd haldır. Ölkə təhsilində islahatlar aparılmalıdır".

Ekspertin sözlərinə görə, ölkə təhsilində islahatlar aparmaq üçün ölkənin təhsili idarəetmə orqanlarına, elm və təhsil naziri vəzifəsi başda olmaqla təhsil adamları gəlməlidir.

"Nə qədər ki, Azərbaycan təhsilində biznes düşüncəli insanlar, biznes maraqlıları, kommersantlar aparıcı funksional vəzifələr tutacaqlar, ölkə təhsilində hər hansı bir müsbət dəyişikliyi gözləməyin mənası yoxdur", - deyə Elşən Qafarov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri