Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

“İlin modeli” seçildi Fotolar

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ali məktəblərə qəbulda 200 baldan aşağı keçid balları: ZƏRURƏT, yoxsa MƏCBURİYYƏT?

Ali məktəblərə qəbulda 200 baldan aşağı keçid balları: ZƏRURƏT, yoxsa MƏCBURİYYƏT?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ixtisaslar üzrə formalaşan keçid balları ictimaiyyətə açıqlanıb.

Oxu.Az xəbər verir ki, bir sıra ixtisas qrupları üzrə keçid balının 200 və daha aşağı olması ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olub.

Müzakirələrdə iştirak edən təhsil ekspertləri və valideynlər bu qədər aşağı balların hansı meyarlar əsasında təyin olunduğunu və bunun təhsilin keyfiyyətinə necə təsir göstərəcəyini sual ediblər.

İctimaiyyəti düşündürən əsas məsələlərdən biri də budur: əgər keçid balının aşağı olmasının səbəbi həmin ixtisaslara əmək bazarında tələbatın az olmasıdırsa, niyə bu ixtisaslar müxtəlif universitetlərdə saxlanılır və dövlət büdcəsindən maliyyələşdirilir? Digər tərəfdən, aşağı keçid balları abituriyentlərin bu ixtisaslara maraq göstərməməsinin və ya həmin sahələrdə kadr çatışmazlığının göstəricisi ola bilərmi?

Məsələni araşdırmağa çalışdıq.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq on ilə yaxındır ki, I, II, III və IV ixtisas qruplarında bir sıra ixtisas üçün abituriyentlərin göstəriciləri, ixtisasların bir çoxunun tələbatlı olmasına baxmayaraq, abituriyentlərin maraq dairəsindən kənarda qalması, eləcə də attestatla xaricə üz tutanların sayının artması və s. bu kimi hallar nəzərə alınmaqla minimal müsabiqə şərti kimi 150 bal təyin olunub.

"Bu ixtisasların saxlanmasının da öz səbəbləri var, əlbəttə ki. Aralarında bəziləri prestijli olmasa da, ixtisaslı kadrlara ehtiyac, xaricə qeyri-rəsmi qəbul alaraq üz tutanların diplomlarının sonradan tanınmaması kimi ağrılı prosesin yaranmaması səbəbindən bunlar saxlanılır.

Başqa ölkələrə qeyri-qanuni qəbul alıb, həmin ölkənin turizminə, iqtisadiyyatına yatırım edincə, öz ölkəmizə rəsmi qəbul alıb, ölkə iqtisadiyyatına dəstək vermələri daha məntiqlidir. Məhz bu amilləri nəzərə aldıqda həmin ixtisasların ləğvi və ya qəbulun müvəqqəti dayandırılması mümkün deyil. Yaxın on il ərzində isə məzunların sayının azalması və texnologiyanın inkişafına görə bəzilərinin ləğvi və ya plan yerinin azaldılmasına gediləcək", - deyə E.Əfəndi vurğulayıb.

Ekspert abituriyentlərin maraq göstərməməsi səbəbindən vacib ixtisaslara keçid ballarının məqsədli şəkildə aşağı salınaraq qəbulu təmin etmək məsələsini də istisna etməyib:

"Əlbəttə, keçid balı aşağı olan ixtisaslar arasında kifayət qədər vacib və əmək bazarında tələbatlı olanları da var.

Məsələn, bəzi ölkələr üzrə regionşünaslıq ixtisasını, baytarlıq təbabəti, biznesin idarəedilməsi, marketinq, texnologiya müəllimliyi, aqronomluq, zoomühəndislik kimi ixtisasları göstərə bilərik. Təəssüf ki, bu ixtisaslara maraq göstərən abituriyentlərin azlığı sonda plan yerlərinin boş qalması ilə nəticələnirdi. Ona görə də keçid balının 150-yə endirilməsi ilə plan yerləri 95-97% doldu".

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəyyən ixtisaslar üzrə müsabiqə şərtlərinin fərqli olmasının səbəbi ümumi müsabiqə vəziyyəti ilə əlaqədardır.

"Həmin ixtisaslara, adətən, abituriyentlərin maraqları az olur və plan yerləri tam dolmur. Ona görə də əvvəlcədən nisbətən daha aşağı müsabiqə şərti qoyulur. Ancaq bu, 150 bal toplayan hər kəsin o ixtisas üzrə mütləq qəbul olunması demək deyil. Onlar müsabiqədə iştirak etmək hüququ qazanırlar. Məsələn, birinci ixtisas qrupunda bu ixtisasların bəziləri üzrə yekunda keçid balı 200-dən də yuxarı formalaşmış olur", - deyə X.Xanlarzadə bildirib.

DİM rəsmisi qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar:

"Ancaq müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqli ola bilər. Məsələn, I qrupda riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

Bununla yanaşı, hər dörd qrupda, sayı az da olsa, müəyyən ixtisaslar var və onların ödənişli əsaslarla ayrılmış plan yerlərinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də buraxılırlar.

Ümumiyyətlə, keçid ballarının formalaşması müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Bu üç amil keçid balını formalaşdırır.

O ki qaldı tələbat olmayan sahələr üzrə fakültə və ya ixtisasların niyə müxtəlif universitetlərə "səpələnərək" saxlanması məsələsinə, bu, DİM-in səlahiyyətlərinə aid deyil".

"İxtisasların hansı ali təhsil müəssisələrində tədris olunacağı, eyni zamanda, nə qədər yer ayrılacağını Nazirlər Kabineti müəyyən edir. DİM, sadəcə, həmin plan əsasında qəbul prosesini həyata keçirir.

Keçid balı aşağı olan ixtisaslar arasında, doğrudan da, maraqlı və gələcəkdə iş perspektivi olan ixtisaslar mövcuddur. Məsələn, kənd təsərrüfatına aid bəzi vacib ixtisaslar var. Ancaq abituriyentlər maraq göstərmirlər. Ona görə də daha aşağı müsabiqə şərti (150 bal) müəyyən olunur", - deyə X.Xanlarzadə bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinə tələbələrin qəbulu zamanı formalaşan keçid balları bu və ya digər ixtisasın lehinə seçim edən sonuncu abituriyentin topladığı bala əsasən müəyyən edilir.

"Başqa sözlə, keçid balları rəqabət əsasında, abituriyentlərin göstəriciləri və ixtisas seçiminə uyğun olaraq, sistem tərəfindən avtomatik şəkildə müəyyən olunur.

Məsələn, əgər bir ixtisasa on yer verilirsə və həmin ixtisası 50 abituriyent seçibsə, bu zaman ən yüksək nəticə göstərmiş on abituriyent həmin ixtisasa qəbul olunur. Həmin ixtisasa qəbul olan sonuncu şəxsin göstərdiyi nəticə keçid balı kimi müəyyən edilir.

Müəyyən ixtisaslar üzrə keçid ballarının aşağı olması isə əmək bazarında həmin ixtisaslara tələbin və iş imkanlarının aşağı olması və bu səbəbdən abituriyentlərdə marağın olmaması ilə bağlıdır. Ali təhsil müəssisələrinə keçid balları abituriyentlərin göstərdiyi nəticələrə və seçdikləri ixtisaslara uyğun olaraq, sistem tərəfindən şəffaf şəkildə müəyyənləşir. Yəni hər hansı bir qurum tərəfindən keçid balları müəyyən edilmir", - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see181

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see150

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see122

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see120

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see117

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see117

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri