Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton, 8 noyabr, AZƏRTAC
Türkmənistan Ermənistan və Azərbaycanın qonşular arasında sülhün təşviq edilməsi və regional əməkdaşlıq və rifah imkanlarının genişləndirilməsi üçün göstərdiyi böyük səyləri qəbul edir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin ABŞ Prezidenti Donald Trampın Türkmənistan Prezidenti Serdar Berdimuhammedovla görünün nəticələrinə dair bəyanatında deyilir. Bildirilir ki, Türkmənistan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) Mərkəzi Asiya-Qafqaz bölgəsində ticarət və nəqliyyat üçün formalaşdıracağı yeni imkanların inkişafında iştirak etməyi nəzərdən keçirmək, eləcə də bölgədə sülhün yaradılmasını təşviq etmək niyyətindədir. Bəyanata əsasən, görüşdə tərəflər, həmçinin Türkmənistan təbii qazı üçün beynəlxalq bazarların genişləndirilməsinin və şaxələndirilməsinin qarşılıqlı faydalarını vurğulayıblar.
“Türkmənistan Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı Azərbaycanla davam edən əməkdaşlığı başa vurduqdan sonra Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir”,-deyə bəyanatda qeyd olunur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 Noyabr 2025 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















