Icma.az
close
up
RU
Ali Rada ABŞ dan Ukraynaya təklif olunan sazişi rədd edə bilər

Ali Rada ABŞ dan Ukraynaya təklif olunan sazişi rədd edə bilər

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


ABŞ-nın yer təkinin sərvətləri ilə bağlı təklif etdiyi sənəd layihəsi absurddur, beynəlxalq müqavilə deyil və Ukrayna qanunvericiliyinə ziddir.
Reyting.az
xəbər verir ki, bunu Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, beynəlxalq hüquqşünas Aleksandr Merejko deyib.
Onun sözlərinə görə, bu gün dərc olunmuş sənəd layihəsinin saxta olub-olmaması ilə bağlı tam anlayış yoxdur. “Amma görünür, bu, saxta deyil, çünki bu sənəd Amerika qanunları üslubunda yazılıb. Amma onun saxta olmadığına 100 faiz əminlik yoxdur. Əgər bu, həqiqətən də Amerika administrasiyasından ciddi təklifdirsə, o zaman bu sənədin yumşaq desək, absurd olması baxımından ciddi problemlər yaranır”, - Merejko vurğulayıb.
A. Merejko bildirib ki, layihədə Amerika qanunlarına uyğun, daha dəqiqi, Delaver ştatının (ABŞ) qanunlarına əsasən hüquqi şəxsin yaradılmasından bəhs olunur. O əlavə edib ki, bu kontekstdə başa düşmək lazımdır ki, söhbət Ukrayna Konstitusiyasına görə, Ukrayna xalqının mülkiyyəti olan Ukrayna resurslarından gedir.
“Əgər söhbət bu məsələnin formal tərəfindən gedirsə, deməli, bu, heç bir halda beynəlxalq müqavilə deyil”, - Merejko vurğulayıb.
O qeyd edib ki, tamhüquqlu beynəlxalq müqavilə hazırlamaq lazımdır, çünki saziş bundan ibarətdir: “İndi gözlənilmədən hansısa müqavilənin mətni təklif olunur ki, bu, beynəlxalq müqavilə deyil və Ukrayna qanunvericiliyinə uyğun gəlmir. Çünki bu, ABŞ qanunları baxımından yazılıb. Bu, qəbuledilməzdir. Ciddi yanaşma lazımdır, çünki söhbət Ukraynanın resurslarından, onun sərvətindən və gələcəyindən gedir. Və bunu tərəflərdən birinin müqaviləsi ilə həll etmək absurddur”.
Hüquqşünas qeyd edib ki, Ukrayna Ali Radası və ABŞ Senatı tərəfindən ratifikasiya ediləcək beynəlxalq saziş hazırlamaq lazımdır.
Bundan başqa, komitə sədri deyib ki, ABŞ Ukrayna ərazisində faydalı qazıntıların faktiki hasilatına keçməzdən əvvəl təcavüzkarı məğlub etməli, bu resursların da yerləşdiyi ərazilərin azad olunmasına köməklik göstərməlidir. Bundan sonra adıçəkilən layihənin həyata keçirilməsi mümkündür.
Ukraynalı deputat Yaroslav Jeleznyak isə bildirib ki, ABŞ Ukraynanın bütün yeraltı sərvətləri üzərində ABŞ-nın nəzarətini nəzərdə tutan “Yeraltı sərvətlər haqqında” saziş layihəsi təklif edib, lakin Ukraynanın təhlükəsizliyinə heç bir zəmanət yoxdur.
Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko Ukrayna Ali Radasında hökumətə suallar saatı zamanı ABŞ-dan yeraltı sərvətlərə dair saziş layihəsinin Ukrayna hökumətinə daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda bunun üzərində işləyirlər və mövqelərini formalaşdırırlar.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Mart 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri