Icma.az
close
up
RU
Ali təhsil müəssisələrimiz peşə təhsilinə uduzur AÇIQLAMA

Ali təhsil müəssisələrimiz peşə təhsilinə uduzur AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclərin aldıqları təhsil ilə əmək bazarında tələb olunan bacarıqlar arasında ciddi uyğunsuzluq var. İş yerlərinə müraciət zamanı nəzəri biliklərdən çox praktiki biliklər tələb olunur. Nəzərə alsaq ki, universiteti yeni bitirən hər şəxsin iş təcrübəsi olmur, təhsil sahəsində hansı yeniliklər olmalıdır ki, məzunlar işə qəbul olunarkən hazırlıqlı olsunlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirdi ki, bu məsələ ilə bağlı bir sıra konfrans və seminarlar keçirilməlidir:

"Ali təhsil sektorunda ən ciddi məsələlərdən biri budur. Müəyyən ali təhsil müəssələrinin kadr yetişdirmə mexanizmi əmək bazarının çağdaş tələbləri ilə ayaqlaşmır. Burada əsas iki hal müşahidə olunur. Ya ixtisas yeni yaranıb, əmək bazarında bu ixtisasa tələb var, lakin ixtisasın tədris forması çağdaş dövrə uyğun deyil. Və ya ixtisas hazırkı dövrün tələblərinə uyğun deyil. Bu iki variantın hər ikisi yanlışdır. Gələcək illərdə ali təhsil sektorundan əsas gözləntimiz təhsilin əmək bazarının tələbləri istiqamətində tənzimlənməsidir".

Ekspertin sözlərinə görə, ali təhsil müəssələrimizin bu sahədə inkişafı üçün mütləq xüsusi fəaliyyət proqramı hazırlanmalıdır.

"Üzərində çalışdığım tədqiqatda şəxsən mənə məlum oldu ki, bizim bu gün fəaliyyət göstərən peşə təhsil müəssələrimizdə bir çox peşə sahələri əmək bazarı ilə uyğunlaşır. Universitetlərimiz əmək bazarına uyğunlaşma baxımından peşə təhsil müəssisələrinə uduzur. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Ümid edirəm ki, ali təhsil müəssələri ilə əmək bazarının uyğunlaşdırılması istiqamətində tədbirlər və konfranslar keçiriləcək. 2025-ci il 24 yanvar tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili və onun əmək bazarındakı yeri istiqamətində konfrans keçirib. Çox yaxşı olardı ki, bu mövzu ilə bağlı ali təhsil müəssisələrində seminar və konfranslar keçirilsin”, - deyə E.Nuri əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri