Icma.az
close
up
RU
Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib AZƏRTAC

Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib AZƏRTAC

Bakı, 3 dekabr, AZƏRTAC

Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Qərarını imzalayıb. Qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

Qərara əsasən, ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təhsil ixtisasları qrupunu, humanitar və sosial ixtisaslar qrupunu, mədəniyyət ixtisasları qrupunu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu, təbiət ixtisasları qrupunu, texniki və texnoloji ixtisaslar qrupunu, kənd təsərrüfatı ixtisasları qrupunu, idman və xidmət ixtisasları qrupunu, səhiyyə ixtisasları qrupunu, xüsusi təyinatlı ixtisaslar qrupunu əhatə edir.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarının təsnifatı təhsil ixtisasları qrupunu, humanitar və sosial ixtisaslar qrupunu, mədəniyyət ixtisasları qrupunu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu, təbiət ixtisasları qrupunu, texniki və texnoloji ixtisaslar qrupunu, kənd təsərrüfatı ixtisasları qrupunu, idman və xidmət ixtisasları qrupunu, səhiyyə ixtisasları qrupunu, xüsusi təyinatlı ixtisaslar qrupunu əhatə edir.

seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri