Icma.az
close
up
RU
Ali təhsil sistemində rəqəmsal ekosistemin qurulması

Ali təhsil sistemində rəqəmsal ekosistemin qurulması

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 mart, AZƏRTAC

Prezident İlham Əliyev rəqəmsal iqtisadiyyatı ölkənin strateji prioriteti kimi müəyyən edərək, innovasiya və insan kapitalının inkişafını vacib hesab edir. Dövlət başçısının yanaşmasına görə, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, həm də data əsaslı idarəetmə fəlsəfəsinə keçiddir.

Bu kontekstdə ali təhsil müəssisələri əsas institusional dayaq rolunu oynayır. Universitetlərin rəqəmsal transformasiyası yalnız tədris prosesinin avtomatlaşdırılması deyil, həm də fərdiləşdirilmiş təhsil modellərinin qurulması, süni intellekt və böyük verilənlər əsasında qərarvermə mexanizmlərinin tətbiqi, elmi fəaliyyətin data əsaslı idarə olunması və akademik nəticəyönümlülüyün təmin edilməsidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədov deyib.

Rəqəmsal transformasiyanın nəzəri çərçivəsi

Ekspertin sözlərinə görə, rəqəmsal transformasiya ali təhsildə texniki yenilənmədən daha çox, struktur və idarəetmənin köklü şəkildə yenidən qurulmasını ifadə edir. Bu proses böyük verilənlərin analitikası, süni intellekt əsaslı qərarvermə, bulud sistemləri və LMS platformalarının tətbiqi vasitəsilə vahid rəqəmsal ekosistemin yaradılmasını əhatə edir. Nəticədə ənənəvi standartlaşdırılmış təhsil modeli yerini tələbəyönümlü, fərdiləşdirilmiş və data əsaslı çevik idarəetmə fəlsəfəsinə verir ki, bu da tədrisin keyfiyyətinin ölçülə bilən və səmərəli idarə olunmasına şərait yaradır.

"Rəqəmsal transformasiyanın mühüm nəticələrindən biri “visible learning”, yəni, öyrənmə prosesinin tələbə üçün şəffaf, izlənilə və ölçülə bilən formaya salınmasıdır. Bu yanaşma tələbəyə real vaxt rejimində akademik göstəricilərini izləmək imkanı yaradır, risk indikatorlarının avtomatik hesablanmasını təmin edir və akademik məsləhətçi ilə inteqrasiya olunmuş geribildirim mexanizmini formalaşdırır", - deyə o bildirib.

Professorun fikrincə, sistem tələbəyə fərdi təhsil trayektoriyasını seçmək, seçmə fənləri maraq və bacarıqlarına uyğun planlaşdırmaq və öz inkişaf dinamikasını təhlil etmək imkanı verir. Beləliklə, tələbə passiv bilik alıcısından öz təhsil strategiyasını formalaşdıran və idarə edən aktiv subyektə çevrilir.

Data əsaslı idarəetmə: beynəlxalq və milli təcrübə

Zahid Məmmədov ABŞ-nin Corciya Universitetində tətbiq olunan proqnozlaşdırıcı analitika sistemi semestrin ilk altı həftəsində çətinlik yaşayan tələbələrin erkən mərhələdə müəyyənləşdirilməsinə imkan verdiyini diqqətə çatdırıb.

"Sistem 800-dən çox risk indikatorunu analiz edərək həm problemləri vaxtında müəyyən edir, həm də tələbə nailiyyətlərini stimullaşdıraraq akademik davamlılığı artırır. Florida Dövlət Universitetinin "passion profile" modeli isə süni intellekt və lokasiya texnologiyaları vasitəsilə tələbələrə fərdiləşdirilmiş inkişaf proqramları və real vaxt bildirişləri təklif edərək universitetə bağlılığı gücləndirir. Azərbaycanın ali təhsil müəssisələrində də rəqəmsal transformasiya tədrisin elektronlaşdırılmasından başlayaraq, onlayn imtahan, rəqəmsal jurnallar və inteqrasiya olunmuş məlumat bazaları vasitəsilə vahid analitik idarəetmə sistemlərinin qurulması mərhələsinə keçib", - deyə Z.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan universitetlərində rəqəmsal transformasiya çərçivəsində akademik göstəricilərin monitorinqi, elmi fəaliyyətin təhlili və tədris yükünün planlaşdırılması kimi proseslər artıq data əsaslı alətlərlə idarə olunur. Elmi sahədə beynəlxalq bazalara çıxış, plagiatın elektron yoxlanılması və tədqiqatların rəqəmsal platformalarda izlənilməsi idarəetmədə operativliyi təmin edən mühüm amillərə çevrilmişdir. Bu dəyişikliklər ali təhsil sistemində texnoloji yenilənmə ilə yanaşı, həm də strateji idarəetməyə əsaslanan nəticəyönümlü universitet modelinin formalaşmasını ifadə edir.

"Rəqəmsal transformasiya Azərbaycan universitet sistemi üçün alternativ deyil, strateji zərurətdir. Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatla bağlı müəyyən etdiyi strateji xətt ali təhsil sistemində data əsaslı idarəetmə, süni intellekt tətbiqləri və fərdiləşdirilmiş təhsil modellərinin formalaşdırılmasını tələb edir.

Azərbaycan universitetlərinin rəqəmsal transformasiyası yalnız texnoloji modernləşmə deyil, həm də yeni idarəetmə fəlsəfəsinin qurulması, nəticəyönümlü akademik mədəniyyətin formalaşdırılması və qlobal rəqabət qabiliyyətinin artırılması deməkdir", - deyə professor qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri