Icma.az
close
up
RU
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi AÇIQLAMA

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. Bu yanaşma həm yüksək bilikli kadrlardan səmərəli istifadəni təmin etməyə, həm də ordunun insan resurslarının inkişafını gücləndirməyə xidmət edir. 
Hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək, yəni 600 və yuxarı bal toplayan gənclərin Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində intelektual bölmələrdə xidmət keçməsi qərarı çox yaxşı və ağıllı addımdır və bunu alqışlayır:
"Bu yanaşma yalnız Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır. Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi məktəbləri də var və onları da yüksək intellektual səviyyəyə malik gənclərlə təmin etmək lazımdır. Onlara da belə şərait yaradılmalıdır ki, həmin bölmələrdə xidmət keçə bilsinlər. Mən hesab edirəm ki, bu yanaşma ordunun savadlı kadrlarla təmin olunmasına müsbət təsir göstərəcək və gənclər normal şəraitdə xidmətlərini yerinə yetirə biləcəklər".
Ekspert qeyd edib ki, bu, həm də keçmişdə yaşanan bəzi faciəvi hadisələrin təkrarının qarşısını almağa kömək edəcək. 
"Məsələn, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda ADA Universiteti məzunu Ceyhun Hüseynov yüksək bal toplamış gənc olaraq həyatını itirmişdi. Bu hadisə sonradan ciddi problemlərlə nəticələndi, hərbi hissə komandiri və tibb xidməti rəisi həbs olundu və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Gələcəkdə bu modelin tətbiqi ordu üçün uğurlu olacaq və genişləndirilməlidir. Bu yanaşma bütün orduda tətbiq olunmalı və yalnız Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır, çünki digər birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Mən bu prosesə geniş kontekstdə baxılmasının tərəfdarıyam" - Üzeyir Cəfərov bildirib. 
Qeyd edək ki, bu yeni modelin genişləndirilməsi və bütün orduda tətbiqi həm yüksək bilikli gənclərin xidmətə cəlb edilməsinə, həm də silahlı qüvvələrin savadlı kadrlarla təmin olunmasına xidmət edəcək.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri