Icma.az
close
up
RU
Alıcılara ÇAĞIRIŞ Mağazalardan haqqınızı BELƏ TƏLƏB EDİN!

Alıcılara ÇAĞIRIŞ Mağazalardan haqqınızı BELƏ TƏLƏB EDİN!

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Əksər insanlar "müqavilə" deyəndə yalnız yazılı sənədi təsəvvür edir. Halbuki müasir hüquqi yanaşmaya görə, müqavilə yalnız yazılı deyil, həm də şifahi formada bağlana bilər. Vətəndaş hər hansı bir məhsulu mağazadan alarkən, artıq o, satıcı ilə istehlak müqaviləsi bağlamış olur. Bu müqavilə alqı-satqı müqaviləsi adlanır. Hətta gündəlik həyatımızda çox da diqqət etmədiyimiz məqamlarda da müqavilə formalaşır — məsələn, şəhərdaxili avtobusa və ya metroya minərkən avtomatik olaraq “nəqliyyat müqaviləsi” bağlanmış sayılır. Yəni yazılı razılaşmanın olmaması hüquqi baxımdan müqavilənin mövcudluğunu inkar etmir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, bu proses çox sadə, amma əhəmiyyətlidir:

“Mağaza rəfdə bir məhsula qiymət yazmaqla, onu satmağa hazır olduğunu bildirir. Bu, hüquqda “ictimai təklif” (oferta) sayılır. Müştəri həmin məhsulu götürüb kassaya yaxınlaşanda isə bu təklifə razılıq vermiş olur — yəni müqavilə bağlanmış sayılır. Ancaq əgər kassada və ya satıcı tərəfindən həmin məhsula başqa bir, daha yüksək qiymət deyilərsə, bu artıq müqavilə öhdəliyinin pozulmasıdır. Çünki vətəndaş həmin məhsulu rəfdəki qiymətlə almaq niyyətində olub və buna əsasən hərəkət edib. pizza mizza

Bu zaman alıcının iki yolu var.

Məhkəməyə müraciət etmək: Vətəndaş müvafiq rayon məhkəməsinə müraciət edərək, ona dəyən zərərin ödənilməsini tələb edə bilər. Eyni zamanda, əvvəlki (rəfdəki) qiymətlə malın ona satılmasını istəyə bilər. Bu, həm hüquqi, həm də praktik baxımdan alıcının istehlakçı hüquqlarının qorunmasıdır.

Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə müraciət etmək: İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən bu dövlət qurumu mağazalara qarşı inzibati tədbirlər görə bilər. Vətəndaş şikayət etdikdə, xidmət hadisəni araşdırır və qanunsuz qiymət dəyişdirmə halları aşkar edilərsə, həmin mağazanı cərimələyir.

Əlavə olaraq, vətəndaş hər iki yolu eyni vaxtda da seçə bilər. Bu halda, dövlət orqanı mağazanı cərimələyir, məhkəmə isə alıcıya dəyən maddi ziyanın ödənilməsinə qərar verir. Amma yalnız cərimə tətbiq olunarsa, mağaza dövlətə pul ödəyir, alıcıya heç bir kompensasiya verilmir. Ona görə də hüquqların bərpası üçün məhkəmə müraciəti zəruridir.

 Ə. Həsənov vurğulayıb ki, haqq tələb edilməzsə, pozuntular davam edəcək:

“Əgər alıcılar bu cür hallara qarşı səssiz qalsalar və haqlarını tələb etməsələr, mağazalar bu qayda pozuntularını təkrarlamaqda davam edəcəklər. Bu da geniş miqyaslı istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Qanun hər bir vətəndaşa hüquqlarını qorumaq imkanı verir və bunu etməmək, pozuntuların cəzasız qalmasına yol açır.

Odur ki, hər bir vətəndaş bilməlidir: mağazaya girərkən o təkcə mal deyil, hüquqi bir münasibət də alır. Əgər bu münasibət pozularsa, o zaman haqlarını tələb etməsi həm özü, həm də cəmiyyət üçün vacibdir”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri