Icma.az
close
up
RU
Eldar Cəfərov: İstəyirik ki, Kann kino ilə anıldığı kimi, Bakı da rəqs ilə əlaqələndirilsin MÜSAHİBƏ

Eldar Cəfərov: İstəyirik ki, Kann kino ilə anıldığı kimi, Bakı da rəqs ilə əlaqələndirilsin MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Bakı yenidən qlobal rəqs arenasına çevrilir. Azərbaycanın paytaxtı ilin ən çox gözlənilən tədbirlərindən birinə - 30 oktyabr-2 noyabr tarixlərində “JW Marriot Absheron Baku” otelində keçiriləcək “Azerbaijan Dance Festival 2025” tədbirinə ev sahibliyi edəcək.

Festival çərçivəsində WDC AL və WDC Avropa çempionatları, Pro-Am dünya kubokları və Təranə Muradovanın yubileyinə həsr olunmuş "Night of the Dancing Diamonds" qala-şousu da daxil olmaqla mötəbər yarışlar keçiriləcək. Tədbirdə 30-dan çox ölkədən rəqqaslar, o cümlədən 500-dən artıq cütlük və solist iştirak edəcəklər.

Tədbir Azərbaycan Rəqs Şurası (AzDC) və “Smooth & Rhythm Dance Style” (SRDS) təşkilatı tərəfindən təşkil olunur.

Festival ərəfəsində tanınmış xoreoqraf Eldar Cəfərov AZƏRTAC-ın müxbirinə müsahibəsində festivalın əsas ideyası, bu layihənin inkişafı perspektivindən və özünün şəxsi missiyasından bəhs edib.

- Eldar müəllim, festivalın əsas ideyası haqqında məlumat verməyi sizdən xahiş edərdim.

- “Azerbaijan Dance Festival 2025” sadə rəqs çempionatından daha çox məna daşıyır. Bu, müxtəlif xalqların, üslubların və duyğuların bir araya gəldiyi mədəniyyət, gözəllik və ilham bayramıdır.

Festivalın əsas ideyası dünyaya Azərbaycanın beynəlxalq rəqsin döyünən qəlbinə, Şərqlə Qərbin vahid ritmdə birləşdiyi bir məkana çevrilməyə qadir olduğunu göstərməkdir.

İstəyirik ki, debüt edən gənclərdən çempiona qədər hər bir iştirakçı birlik, yaradıcılıq və hörmət ab-havasını hiss etsin və tamaşaçılar dünyanın ən yaxşı rəqqaslarını öz səhnəsində qəbul edən ölkə ilə qürur duysunlar.

- Bəs burada sizin şəxsi missiyanız nədən ibarətdir?

- Mənim missiyam insanları rəqs vasitəsilə ruhlandırmaq və birləşdirməkdən ibarətdir.

İnanıram ki, rəqs həyatları dəyişdirmək, özünəinam hissi aşılamaq və bir-birinə sözsüz şəfqət və hörmət öyrətmək gücünə malikdir. Bu, sadəcə mənim üçün bir tədbir təşkil etməklə bağlı deyil. Mən Azərbaycan və beynəlxalq rəqqasların öz potensiallarını reallaşdırmasına, onların beynəlxalq səviyyədə tanınmasına və daha böyük bir ailənin bir hissəsi kimi hiss etmələrinə imkan verəcək bir hərəkat yaratmaq istəyirəm.

Həm də istəyirəm ki, “Azerbaijan Dance Festival 2025” rəqs, incəsənət, idman və biznes dünyalarında xəyalların, tərəfdaşlıqların və yeni üfüqlərin doğulduğu bir məkana çevrilsin.

- Belə bir genişmiqyaslı çempionatın təşkili çox böyük səy tələb edir. Hazırlıqlar barədə bizə məlumat verərdiniz. Təşkilat komitəsi hansı çətinliklərlə qarşılaşır və siz onları necə aradan qaldırırsınız?

Festivala hazırlıq əsl yaradıcılıq, diplomatiya və dəqiq hesablamalar marafonudur. Layihənin arxasında güclü peşəkarlar komandası - Azərbaycan Rəqs Şurasının təşkilat komitəsi, SRDS-in Beynəlxalq şöbəsi, xoreoqraflardan ibarət yaradıcı qrup, texniki heyət və tam sədaqətlə çalışan onlarla könüllü dayanır.

Ən çətin hissə fərqli viza, mədəni və logistika tələbləri olan onlarla ölkədən iştirakçıları bir araya gətirməkdir. Lakin biz artıq hər hansı bir problemi çevikliklə və hər bir qonağa qayğı ilə həll etməyə imkan verən bir sistem qurmuşuq.

Biz sadəcə festival təşkil etmirik, həm də hər kəsin özünü daha böyük, ilhamverici tədbirin bir hissəsi kimi hiss etdiyi əsrarəngiz məkan yaradırıq. Bu, bizə irəliləmək üçün güc verir.

- Festivalın qarşıdakı illərdə inkişaf perspektivlərini necə görürsünüz?

- Mən “Azerbaijan Dance Festival”ı ölkənin aparıcı mədəni brendlərindən biri – klassik janrdan tutmuş müasir şəhər mədəniyyətinə qədər bütün rəqs üslublarını birləşdirən illik tədbir kimi görürəm.

Qarşıdakı illərdə festival çempionatlar, şoular, konqreslər, ustad dərsləri və qalalar da daxil olmaqla rəqs həftəsinə çevriləcək. Kann kino ilə anıldığı kimi, Bakının da rəqs ilə əlaqələndirilməsini istəyirik.

Arzulayıram ki, insanlar buraya təkcə yarışmaq üçün deyil, həm də Azərbaycandan, onun mədəniyyətindən, qonaqpərvərliyi və enerjisindən ilham almaq üçün gəlsinlər.

Əminəm ki, 2025-ci il ölkəmizin rəqs dünyası üçün yeni bir dövrün başlanğıcı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri