Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Alim Qasımovu “yüngülsaqqal”, “düşük” adlandıranlar...

Alim Qasımovu “yüngülsaqqal”, “düşük” adlandıranlar...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xalq artisti Alim Qasımovun son videosu - toy məclisində rep ifa etməsi, sosial şəbəkələrdə gurultulu rezonans doğurub, günün əsas müzakirə mövzularından birinə çevrilib.

Görüntüləri nəzərdən keçirək... Alim Qasımov musiqiçilərə üz tutur, improvizə şəklində rep deyir. Daha doğrusu məclisə gələn qonaqların əhval-ruhiyyəsini qaldırmaq üçün kiçik bir şou göstərir. Amma bu səmimi jest birmənalı qarşılanmır – onu “düşüklük” adlandıranlar, “təlxək” damğası vuranlar da olur. Hətta sənətkarı heç bir dəyər tanımayan, yüngülməcaz sosial şəbəkə blogerləri ilə eyniləşdirənlər belə tapılır. Muğam kimi dərin köklərə bağlı bir sənəti təmsil edən şəxsin bu ifası, bəzilərinə görə, nə sənətə, nə də toy məclisinə yaraşır. Belə bir qeyri-ciddi ifanı sənətkara, muğama, toya yaraşdırmayanlar müxtəlif paylaşımların altında nalayiq ifadələr işlədirlər. Maraqlıdır, toy məclisinə necə bir ifa yaraşır? Qol götürüb oynamağa gəlmiş bir toplum hansı ciddi çərçivədə qalmalıdır? Və niyə biz hələ də ciddiliyin daş kitabəsini hər yerə sırımağa çalışırıq?

Çox keçmir ki, Alim Qasımov özü bu tənqidlərə cavab verir, ifasının peşəkar olmadığını, sadəcə zarafat etdiyini, insanların bunu necə qəbul etməsinin isə onların şəxsi baxışı olduğunu bildirir. Amma xalq artisti unudur ki, içində gənclik enerjisi qalxan, amma “olmaz”ların zəncirinə düşərək ruhunu boğan bir kütlə bu zarafatı anlamır, qəbul edə bilmir.

Ümumiyyətlə bu kimi məsələlərin sərt şəkildə müzakirəsi sənətin inkişafına necə təsir edir? Tənqid atəşinə tutulacağını, barıt çəlləyinə düşəcəyini ehtimal edən bir sənətçi nə qədər irəliləyə bilir?

Linç mədəniyyəti, xüsusilə sosial şəbəkələrdə, bəzən konstruktiv tənqiddən daha çox emosional reaksiyalarla müşayiət olunur. Mədəniyyət və incəsənət daim dəyişir, inkişaf edir; Bəzən yaşlı nəslin belə gənclərlə ayaqlaşma, ya da içlərində yaşaya bilmədiyi gəncliklərini büruzə vermə ehtiyacları yaranır – bunlar tamamilə insani hisslərdir.

Əgər tənqid sənətkara şəxsi hücum və ya hörmətsizlik xarakteri daşıyırsa, bu, sadəcə incəsənət müzakirəsi deyil, sosial şəbəkələrin linç tendensiyasının bir nümunəsidir.

Alim Qasımovun bu çıxışını ciddi sənətkar imicinə uyğun hesab etməyib, onu “yüngülsaqqal”, “düşük” adlandıranların ağsaqqallarla, sənət adamları ilə bağlı qəlibi tam olaraq nədən ibarətdir, nə ilə ölçülür, nə üçün o qəlibdən çıxan daşa tutulur?

Bir anlıq əyləncə ruhuna qapılan, 10 dəqiqə öz standartlarından uzaqlaşan insanın, sənət adamının bu qədər ağır şəkildə linçlənməsi necə də təhlükəlidir! Görünən odur ki, bəzən sənət gülmək istəyir, amma toplum ona ağlamağı əmr edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri