Icma.az
close
up
RU
Alimdən sahilboyu tikintilərə SƏRT İRAD KONKRET

Alimdən sahilboyu tikintilərə SƏRT İRAD KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Xəzər dənizində son illər müşahidə olunan suyun çəkilməsi sahilboyu yeni torpaq sahələrinin üzə çıxmasına gətirib.

Bu proses isə həmin ərazilərin gələcək taleyi, xüsusən də burada tikinti işlərinə icazə verilib-verilməməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Mütəxəssislər bildirirlər ki, dənizin səviyyəsi dəyişkən xarakter daşıyır və yaxın onilliklərdə yenidən qalxma ehtimalı istisna edilmir. Buna baxmayaraq, bəzi sahil zonalarında – xüsusilə Sumqayıt ətrafında –yeni binaların və obyektlərin tikintisi sürətlə davam edir. Sakinlərin sözlərinə görə, vaxtilə tamamilə su altında olan həmin ərazilərdə indi geniş yaşayış məhəllələri formalaşır.

KONKRET.az xəbər verir ki, Azərbaycan alimi, iqtisadi coğrafiya üzrə mütəxəssis Çingiz İsmayılov Musavat.com-a fikrini bölüşüb:

“Bu məsələ daim qaldırılır. Əlbəttə, biz dəfələrlə demişik ki, Xəzər dənizi tərəddüd edir. Son 150 illik müşahidələr göstərir ki, Xəzər mütəmadi olaraq 35–50 illik dövrlərlə səviyyəsini qaldırıb endirir. Yəni, o, dinamik, canlı bir orqanizm kimi əvvəlcə səviyyəsi qalxır, sonra isə enir və enmə dövründən sonra yenidən qalxma prosesi başlayır. Bu, yeni bir şey deyil. Hazırda Xəzərin səviyyəsi düşdüyü üçün sahil ərazilər boşalır, lakin burada hər hansı tikinti aparılması qətiyyən qəbuledilməzdir. Vaxtilə mərhum Prezidentimiz Heydər Əliyev belə bir qərar vermişdi ki, sahildən 150 metr məsafədə tikinti aparmaq olmaz. Bu, qanun deyil, sərəncam idi, amma həmin sərəncama riayət etmək lazımdır. Yəni, sahil ərazilərdə tikintilərin aparılması məqsədəuyğun deyil. Təhlükəlidir və ona görə də burada qətiyyən tikinti aparmaq olmaz. Nəzərə almaq lazımdır ki, indi səviyyə bir neçə il düşəcək, sonra isə tədricən yenidən qalxacaq. Yəni bu, hər dəfə “su çəkildi – tikinti aparaq, su qayıtdı – kompensasiya verilsin” kimi oynanılacaq bir məsələ deyil. Su geri qayıdanda insanlar dövlətə və ya sığorta şirkətlərinə müraciət edəcəklər. Ona görə də sahil əraziləri boşalsa belə, su çəkilsə belə, orada heç nə tikmək olmaz”.

Professor bildirib ki, Xəzərdə bu dövrlər mütəmadi olaraq təkrarlanır və səviyyə yenə qalxacaq: “Buna görə də burada tikinti aparmaq mümkünsüzdür. Hər hansı bir sənəddə buna icazə verilsə belə, bu, qanuni sənəd sayıla bilməz — çünki sahilin çəkildiyi ərazilərdə ümumiyyətlə tikinti aparmaq olmaz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri