Icma.az
close
up
RU
Alimdən XƏBƏRDARLIQ: Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz

Alimdən XƏBƏRDARLIQ: Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yerli mediada yayılan xəbərlərə görə, son bir neçə ay ərzində Astarada bulvar ərazisində dəniz suyu 100-120 metr geri çəkilib. Balıqçıların sözlərinə görə, dənizdə balıqların sayı kəskin şəkildə azalıb.

Mövzu ilə bağlı Oxu.Az-a danışan akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzər dənizində suyun səviyyəsinin düşməsinin əsas səbəblərini, bundan yaranan problemləri və həll yolunu açıqlayıb.

O bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin sürətlə düşməsinin əsas səbəbləri dənizə tökülən çaylarda sululuğun azalması və qlobal istiləşmədir.

"Xüsusilə Volqa çayında sululuq son illərdə təxminən 30 faizə qədər azalıb və bu da Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinə təsirsiz ötüşmür. İkinci səbəb isə qlobal istiləşmədir. Bunun təsiri nəticəsində Xəzər dənizində suyun temperaturu artıb və bu da suyun buxarlanmasını sürətləndirib".

Professorun sözlərinə görə, Xəzərdə suyun səviyyəsinin daha bir metrə qədər enməsi gözlənilir:

"19-cu əsrin əvvəlində Xəzər dənizinin səviyyəsi indikindən dörd-beş metr yüksək olub. Lakin Xəzərdə suyun səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra isə yenidən suyun səviyyəsində qalxma müşahidə ediləcək. Xəzər dənizində suyun enməsi Şimali Atlantika və Şimali Avropada baş verən böyük miqyaslı proseslərin nəticəsidir".

Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin müəyyən müddətdə enməsi və qalxması təbii prosesdir və burada antropogen (insan) faktorun rolu çox cüzidir:

"Burada antropogen proseslərin təsiri təxminən 10, tektonik proseslərin təsiri isə 5 faiz təşkil edir. Əsas - 85 faiz isə iqlimlə bağlıdır".

Əmir Əliyevin sözlərinə görə, Xəzər dənizində baş verən proseslərə qarşı heç nə etmək mümkün deyil, sadəcə, buna adaptasiya olmaq lazımdır:

"Lakin hər zaman nəzərə almaq lazımdır ki, Xəzər dənizi sahili ərazilərdə fundamental tikililər aparmaq olmaz. Çünki dənizin suyu ensə də, yenidən qalxa bilər".

Əmir Əliyev deyib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması xüsusilə balıq ehtiyatına mənfi təsir göstərir:

"Belə davam edərsə, Xəzər dənizində balıqların yemlənmə əraziləri azalacaq. Bu da balıq ehtiyatının kəskin azalmasına səbəb olacaq. Eyni zamanda, digər ekoloji problemlər də özünü göstərəcək".

Professor bildirib ki, Xəzər dənizində gedən prosesləri izləmək, tədqiqat işləri aparmaq üçün Xəzəryanı ölkələr arasında mərkəzin yaradılmasına ehtiyac var:

"Bu halda biz Xəzər dənizində gedən dəyişiklikləri və bundan yaranan ekoloji, sosial-iqtisadi problemləri, demoqrafik prosesləri izləyə bilərik. Çünki problem Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi deyil, onun yaratdığı nəticələrdir. Çünki Xəzər dənizində bu proseslər daim olub və olacaq da".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri