Icma.az
close
up
RU
Aliment ədalətsizliyi Fəhlə ilə sahibkar niyə eyni məbləğdə aliment ödəyir?!

Aliment ədalətsizliyi Fəhlə ilə sahibkar niyə eyni məbləğdə aliment ödəyir?!

Icma.az, Bizim media saytına istinadən bildirir.

Boşanmış ailələr artdıqca aliment davası da artır. Alimentin təyini ilə bağlı cəmiyyətdə ən çox müzakirə olunan suallardan biri isə budur: əgər aliment atanın gəlirinə əsasən hesablanmalıdırsa, bəs niyə bir çox hallarda 250 manat orta məbləğ müəyyən edilir? Hər halda adi maaşla işləyən biri ilə iş adamının ödəmə imkanları eyni deyil. Bu yanaşmanın ədalətliliyi məsələsi insanlar arasında narazılığa səbəb olur.
Ümumiyyətlə, aliment nəyə əsasən və necə təyin edilir?
Məsələyə aydınlıq gətirən vəkil Cavid Yolçuyev Bizim.Media-ya bildirdi ki, əslində sabit məbləğ gəliri sənədləşdirilməyən və ya rəsmi olaraq bəlli olmayan hallarda tətbiq olunur. Yəni, alimentin maaşa görə hesablanması mümkün olmadıqda, məhkəmə orta yaşayış minimumunu və uşağın ehtiyaclarını nəzərə alaraq sabit məbləğ müəyyən edir.
“Qanunvericiliyə görə, aliment maaşa əsasən 1 uşaq üçün – aylıq gəlirin 1/4,  2 uşaq üçün  1/3, 3 və daha çox uşaq üçün – 1/2 hissəsi təyin olunur. Bu zaman işçinin rəsmi maaşı varsa, aliment onun gəlirinə uyğun hesablanır. Məsələn, ata 800 manat maaş alırsa 1 uşaq üçün 200 manat ödəyəcək. İş adamlarının gəliri qeyri-sabit və ya qeyri-rəsmi ola bilər. Bu halda, gəlir məlum olmadığından sabit məbləğ təyin olunur. Burada orta yaşayış səviyyəsi nəzərə alınır”.
Vəkil bildirir ki, ədalətlilik baxımından doğru olması üçün gəliri dəqiq bilmək lazımdır ki, alternativ üsul kimi orta məbləğ təyin olunmasın:
“Ədalətli olmaq üçün, hər kəs rəsmi gəlirini açıqlasa, aliment fərdi olaraq daha düzgün təyin edilər” – deyə o, vurğuladı.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri