Icma.az
close
up
RU
Aliment fondu yaradılsın Sosioloqdan TƏKLİF

Aliment fondu yaradılsın Sosioloqdan TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bəzən aliment məsələsi yalnız kişilərlə əlaqələndirilsə də, əslində qanun qarşısında bu öhdəlik cinsdən asılı olmayaraq hər iki valideynə aid ola bilər.

Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, boşanma zamanı nəzərdə tutulan aliment uşaqlar üçün, onların yaşayışı, inkişafı və qidalanması üçün müəyyən edilmiş məbləğdir və belə hallarda aliment uşaq hansı valideyndə qalırsa, ona ödənilir.

"Ümumiyyətlə, BMT-nin Uşaq Hüquqları Konvensiyasında da göstərildiyi kimi, uşağın, xüsusilə azyaşlı, 10 yaşa qədər uşağın qidalanma, təhlükəsizlik və emosional bağlanma baxımından anaya daha çox yaxın olması səbəbilə, BMT konvensiyası uşağın daha çox anayla qalmasını tövsiyə edir. Xüsusi hallar istisna olmaqla ,yəni ana psixoloji xəstə deyilsə, cinayət əməli törətməyibsə, digər ağır hallar yoxdursa və uşaq narkotikdən istifadə etmirsə uşaq anada qalır. Bu uşağın emosional bağlılığı ilə izah olunur. Bu, qadınlara üstünlük kimi deyil, uşağın inkişafı üçün uşaq mərkəzli yanaşmadır. Amma bəzi hallarda uşaq anada qalmır, ataya verilir. Bu halda əgər ana işləyirsə, gəlir əldə edirsə, aliment ataya ödənilir. Aliment məhz uşaq mərkəzli yanaşmadır. Alimentin miqdarı yaşayış minimumu qədər müəyyən olunur, məsələn 2025-ci ildə 246 manatdır. Bu məbləğ təkcə 246 manat deyil, gəlirin və qazancın müəyyən hissəsi uşaqların sayına görə, uşağın hansı valideyndə qalmasından asılı olaraq ödənilir. Məsələn, bir uşağa gəlirin dörddə biri, iki uşağa üçdə biri, üç və daha çox uşağa isə yarısı ödənilir.

Aliment öhdəliyi məhz uşağın xeyrinə olan məsələdir. Əgər aliment ödənilmirsə, bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Məsələn, valideyn işləmir və gəlir əldə etmirsə. Belə olduğu halda isə ona iş təklifi edilir. İmtina edərsə, inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Əgər inzibati cəza təsir göstərmirsə, cinayət məcəlləsinin 306-cı maddəsi ilə hüquqi məsuliyyətə cəlb olunur".

Sosioloq qeyd etdi ki, alimentin anaya yoxsa ataya ödənilməsi uşağın hansı valideyndə qalması ilə bağlıdır.

"Təcrübədə həm ataya, həm də qadına aliment ödənilməsi hallarına rast gəlmək olur. Amma hesab edirəm ki, qanunda təkmilləşməyə ehtiyac var. Çünki bəzən qadınlar boşanır və uşaq qadında qalır, amma qadın düzgün həyat tərzi sürmür, yüngül həyat tərzi keçirir və bu uşaq üçün təhlükəli haldır. Bu məsələyə müvafiq mexanizm lazımdır. Sosial agentlər vasitəsilə qadının həyat tərzi monitorinq edilməlidir. Əgər yüngül həyat tərzi uşaq üçün təhlükə yaradırsa, uşaq qadından alınaraq sosial xidmət müəssisəsinə və ya ataya verilə bilər. Çünki, uşaq üçün əsas məsələ təhlükəsiz mühitin olmasıdır. Hər halda isə aliment ödənilməlidir. Aliment ödənməsində problem yaranarsa, obyektiv səbəblər varsa, aliment fondu yaradılması təklif olunur. Aliment fondu uşağın alimentini ödəsin, valideyn işə başlayıb gəlir əldə etdikdn sonra isə gəlirin müəyyən hissəsini aliment fonduna köçürə bilsin. Bu təklif ictimai müzakirələrdədir", - deyə Üzeyir Şəfiyev əlavə etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri