Aliment ödəməkdən yayınan valideynlərin sayı açıqlandı
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ildə aliment ödəməkdən yayınan 4299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.
Bildirilib ki, 2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 May 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















