Icma.az
close
up
RU
Aliment ödəyə bilməyənlərin yerinə dövlət pul ödəyəcək? AÇIQLAMA

Aliment ödəyə bilməyənlərin yerinə dövlət pul ödəyəcək? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda alimentin ödənilməməsi problemi illərdir minlərlə ailənin, xüsusilə də uşaqların sosial rifahına ciddi təsir göstərir. Bir çox hallarda məhkəmə qərarı olsa belə, alimentin icrası mümkün olmur və yük birbaşa uşağı böyüdən valideynin üzərinə düşür. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində tətbiq olunan “Aliment Fondu” modelinin Azərbaycanda da yaradılması vaxtaşırı gündəmə gəlir. Bəs dövlətin alimenti əvvəlcədən ödəyib, daha sonra həmin vəsaiti borclu şəxsdən geri topladığı bu sistem Azərbaycanda nə dərəcədə effektiv ola bilər? Belə bir mexanizmin işləməsi üçün hansı iqtisadi və hüquqi şərtlər formalaşdırılmalıdır?
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, aliment fondunun yaradılması ilə bağlı bu təşəbbüsləri irəli sürənlər, görünür, problemin mahiyyətini dərindən bilmirlər:
"Məsələ ondadır ki, bizdə aliment fondu yaradıla bilməz, yaradılsa belə, effektiv olmayacaq. Aliment fondları nə üçün yaradılır? Ümumiyyətlə, aliment ödəməyənlər kimlərdir? Bunları araşdırmaq lazımdır. Əsasən alimentdən yayınanlar dörd qrupa bölünür. Birinci qrup həyat tərzi buna səbəb olan şəxslərdir. Ya kriminal aləmə mənsubdurlar, ya avara həyat tərzi keçirirlər, ya narkomandırlar, ya da başqa asılılıqları var. Bu səbəbdən onların heç vaxt sabit gəliri olmur, işləmirlər və aliment ödəmirlər. Belə şəxslərə aliment ödətdirmək fond vasitəsilə də mümkün deyil.
İkinci qrup isə ailə münasibətlərindəki incikliklər səbəbindən aliment ödəməyənlərdir. Məsələn, uşağı ona göstərmirlər və o da acıq edib aliment verməkdən imtina edir. Yaxud uşağı ataya qarşı yönləndirirlər, uşaq atadan uzaqlaşır və nəticədə ata aliment ödəmək istəmir. Bəzən də keçmiş həyat yoldaşı ilə aralarındakı konflikt buna səbəb olur. Halbuki aliment uşağa verilməlidir".
Ekspert qeyd edib ki, üçüncü qrup maddi imkanı çətin olan şəxslərdir. Onların qazanc yeri olmadığı üçün ödəniş edə bilmirlər. Dördüncü qrup isə müvəqqəti maliyyə problemi yaşayanlardır. Toplumda ən böyük payı birinci kateqoriya təşkil edir. Əgər rəsmi icra orqanları belə şəxslərdən vəsaiti yığa bilmirsə, yeni qurulacaq idarənin bunu necə həll edəcəyi sual doğurur.
"Ən böyük pay birinci kateqoriyanın üzərinə düşür. Əgər səlahiyyətli icra orqanları belə şəxslərdən alimenti ala bilmirsə, yaradılacaq hansısa fond bunu necə edə biləcək? Tutaq ki, dövlət həmin fond üçün 20-30 milyon manat vəsait ayırdı. Bunun üçün ayrıca idarə, ştat yaradıldı, işçilərə maaş verildi, xidməti avtomobillərin və digər xərclərin ödənişi həyata keçirildi. Sonra da müəyyən qədər vəsait ailələrə paylandı, amma geri yığım olmadı. Məsələ ondadır ki, dövlət alimenti birbaşa vermir. Fond alimenti ödəyir, sonra isə həmin məbləği borclu şəxsdən reqres qaydasında geri alaraq öz vəsaitini bərpa etməlidir. Yəni fond özünü maliyyələşdirə bilməlidir. Bunu nəzərə almadan belə təkliflər irəli sürənləri anlamaq çətindir. Əgər dövlət həmin fondu davamlı maliyyələşdirəcəksə, onda ayrıca fond yaratmağa nə ehtiyac var? Elə aliment ala bilməyən şəxslərə birbaşa sosial müavinət verilər. Üstəlik, belə fondların yaradılması ələbaxımlılığı da artırır. Fondun mahiyyəti odur ki, vəsaiti özü toplayır, çətin vəziyyətdə olan və aliment ala bilməyən ailələrə ödəyir, sonra isə borclu şəxsi taparaq həmin vəsaiti geri qaytarır. Hətta bəzi hallarda həmin vəsaitlər investisiya edilərək əlavə gəlir də əldə olunur.
Ancaq bizdə bu modelin işləməsi mümkün görünmür. Bu barədə danışanlar məsələ ilə bağlı ciddi təhlil aparmadan fikir bildirirlər. Mən hesab edirəm ki, bu, sadəcə əlavə bir qurum olacaq. Əgər Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və probasiya xidməti bunu həyata keçirə bilmirsə, 20-30 nəfərlik ştatı olan hansısa fondun bunu etməsi də mümkün olmayacaq. O pulları geri qaytara bilməyəcəklər. Bəzi ölkələrdə bu sistem effektiv işləyir. Çünki həmin ölkələrdə adambaşına düşən ümumi daxili məhsul yüksəkdir, doğum səviyyəsi aşağıdır və dövlət bu fondlara davamlı subsidiya verir. Belə ölkələrdə bu model mümkündür. Bizdə isə dövlətin belə bir fondu davamlı subsidiya ilə maliyyələşdirməsi real deyil və buna ehtiyac da yoxdur. Əksinə, bu, aliment ödəməli olan şəxslərin məsuliyyətdən yayınmasına səbəb ola və əks-effekt verə bilər",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri