Icma.az
close
up
RU
Aliment sadəcə pul deyil, vicdanın qiymətidir

Aliment sadəcə pul deyil, vicdanın qiymətidir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son illər Azərbaycanda boşanmaların sayı sürətlə artır. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hər beş nikahdan biri bir neçə il içində dağılıb. Əsas səbəblər sırasında "xasiyyət uyuşmazlığı", maddi sıxıntı, xəyanət, ailə daxili zorakılıq və sosial mediaya bağlı səbəblər göstərilir. Lakin boşanma qərarından sonra cəmiyyətin daha böyük problemi başlayır. Aliment.

Boşanmaq bəziləri üçün sadəcə imza atmaq qədər asandır. Amma o imzanın arxasında bir uşağın gələcəyi, psixoloji durumlar və maddi mübarizələr gizlənir. Və təəssüf ki, çoxları üçün "aliment" sadəcə bir maddi yükdür, ata olmağın mənəvi məsuliyyətini isə heç nə ifadə etmir.

Aliment deyəndə insanların çoxu aylıq müəyyən məbləğ düşünür. Amma bu, yalnız kağız üzərindəki rəqəmdir. O pul ödənilməyəndə bir uşaq məktəbə aclıqla gedir, başqa biri dərsə yazıla bilmir, digəri qışda isti geyim tapa bilmir. Aliment ödəməyən valideyn sadəcə qanundan deyil, vicdanından da qaçır.

Təəssüf ki, aliment verməkdən yayınanların sayı da az deyil. Hətta aliment ödəməmək üçün rəsmi gəlirini gizlədən, adına heç nə rəsmiləşdirməyən, uşağını rəsmi şəkildə öz üstünə götürmək istəməyən atalar və bəzən analar da var.

Bir valideynin uşağına ayda 100-200 manat verməməsi sadəcə hüquqi məsələ deyil. Bu, gələcəkdə bir gəncin ata obrazına olan inamını, cəmiyyətə münasibətini, öz psixikasını yaralayan bir travmadır. Bəzən aliment almadığı üçün analar gecə-gündüz işləyir, uşaq valideyn istiliyi olmadan böyüyür. Və sonra sual yaranır. Niyə bu qədər aqressiv və soyuq gənclər formalaşır?

Hüquqi mexanizmlər olsa da, alimentin yığılması ilə bağlı səmərəli sistemin yetərli olmadığını müşahidə edirik. Məhkəmə qərarının icra olunmaması, bəzi icra məmurlarının qeyri-effektivliyi, sosial rifah proqramlarının məhdudluğu bunların hamısı alimentin real şəkildə ödənməsinə mane olur.

Avropada olduğu kimi Azərbaycanda da aliment fondu yaradılmalı, ödəməyən valideynin əvəzinə dövlət müvəqqəti olaraq alimenti ödəməli, daha sonra borclu valideyndən bu məbləğ tələb olunmalıdır. Bu həm uşağı qoruyar, həm alimentdən yayınmağı çətinləşdirər.

Boşanmaq bəzən qaçılmaz olur. Amma valideynlik statusu kağızla ləğv olunmur. Uşağın böyüməsinə, ehtiyaclarına və mənəvi inkişafına yalnız valideynlər cavabdehdir. Aliment sadəcə öhdəlik deyil. İnsanlıq testidir. Kim bu testdən keçə bilmirsə, ailəni dağıtmaqda yox, insanlıqda uğursuzluğa düçar olub deməkdir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri