Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağsuda kişi arvadının mobil telefonunu satdığı üçün həbs edilib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində baş verib.
Kənd sakini 1990-cı il təvəllüdlü Ceyhun Badamov (ad və soyad şərtidir) içki düşkünü olduğundan ailəsində problem yaranıb. O, mütəmadi olaraq evdə mübahisələr edib, həyat yoldaşı ilə dalaşıb, evə qazanc gətirməyib. Nəticədə həyat yoldaşı məhkəməyə müraciət edərək ondan aliment tələb edib.
Ağsu Rayon Məhkəməsinin qərarı ilə Ceyhuna iki uşağı üçün ümumilikdə 386 manat aliment təyin olunub.
Aliment təyinatından bir müddət sonra Ceyhun həyat yoldaşının 450 manatlıq mobil telefonunu oğurlayaraq 70 manata satıb. Evdə telefonunu tapmayan qadın məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının apardıqları araşdırmalarla məlum olub ki, telefonu qadının həyat yoldaşı oğurlayıb satıb.
Polisin keçirdiyi tədbirlərlə Ceyhun Badamov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Badamov 25 sutka inzibati qaydada həbs edilib. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 30 İyun 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















