Icma.az
close
up
RU
Alimlər açıqladı: Ən ağıllı insanlar bu üç ayda doğulurlar

Alimlər açıqladı: Ən ağıllı insanlar bu üç ayda doğulurlar

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araşdırmalar göstərir ki, insanın doğulduğu ayla onun intellekt səviyyəsi arasında real əlaqə var. 

Qaynarinfo xəbər verir ki, "YourTango” saytının yazdığına görə, alimlər müəyyən üç ayda doğulan insanlar təbii olaraq daha yüksək intellektə malik olduğunu sübut ediblər.

1. Oktyabr

Hələ 2006-cı ildə Harvard Universitetinin alimləri 21 min uşağın doğumdan 7 yaşına qədər inkişafını izləyən tədqiqat dərc etmişdilər. Nəticələr göstərib ki, oktyabrda doğulan uşaqlar IQ və idrak inkişafı üzrə testlərdə yaşıdlarından daha yüksək nəticə göstəriblər.

Tədqiqatçılar hesab edirlər ki, bu fərqə hamilə qadınların qidalanması və D vitamini kimi mövsümi amillər təsir göstərmiş ola bilər.

Yaponiyada 2023-cü ildə aparılmış başqa bir araşdırma isə əlavə məlumatlar ortaya qoyub. Alimlər aşkar ediblər ki, dərs ili başlamazdan əvvəl doğulan uşaqlarda intellekt səviyyəsi daha yüksək olur. Çünki məktəbə daha erkən başlayan bu uşaqlar daha çox çətinliklə üzləşir, nəticədə həm daha çox oxuyur, həm də daha çox öyrənirlər.

2. Noyabr

Əgər noyabrda doğulmusunuzsa, böyük ehtimalla intellektual üstünlüyə maliksiniz. Bu, əsasən ananın hamiləlik zamanı aldığı D vitamini ilə bağlıdır.

Harvard tədqiqatına görə, noyabrda doğulan uşaqların beyin inkişafı üçün ən vacib olan üçüncü trimestri daha sərin aylarda keçir. Bu da onların orqanizminin istiyə, viruslara və digər ekoloji stres faktorlarına daha az məruz qalması deməkdir.

Bundan əlavə, noyabrda doğulan uşaqlar təkcə ağıllı deyil, həm də idman baxımından çox bacarıqlıdır. "International Journal of Sports Medicine” jurnalında dərc olunan tədqiqata görə, noyabrda doğulan uşaqlar digər aylarda doğulanlara nisbətən 10–15% daha yaxşı fiziki nəticələr göstəriblər.

3. Dekabr

Oktyabr və noyabr doğumlular kimi, dekabrda doğulanlar da beyin inkişafının kritik mərhələlərini daha sakit, stressiz aylarda keçirirlər.

Əslində, dekabrda doğulan uşaqlar o qədər bacarıqlıdırlar ki, onların gələcəkdə həkim olma ehtimalı daha yüksəkdir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin araşdırmasına görə, dekabr doğumluların diş həkimi və ya tibb işçisi olma ehtimalı daha yüksəkdir.

Lakin onu da unutmayın ki, bu aylarda doğulsanız belə, beyniniz bir əzələ kimidir — onu gücləndirmək üçün daim çalışmaq, məşq etdirmək lazımdır.

Qeyd: Astrologiya, tarot, numerologiya, xiroloji və ekstrasens praktikasına əsaslanan metodlar elmi sahələr deyil. Onlar qədim inanclara əsaslanır və onların effektivliyi elmi sübutlarla təsdiqlənməyib. Bu kimi materiallar əyləncəli xarakter daşıyır və real qərarların qəbulu üçün əsas sayılmamalıdır. Psixologiya və ya sağlamlıqla bağlı məsələlərdə yalnız elmi ixtisaslı mütəxəssislərə müraciət etmək tövsiyə olunur.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri