Icma.az
close
up
RU
Alimlər Antarktidada iqlim dəyişikliyinin ciddi nəticələri barədə xəbərdarlıq edirlər

Alimlər Antarktidada iqlim dəyişikliyinin ciddi nəticələri barədə xəbərdarlıq edirlər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 22 avqust, AZƏRTAC

Beynəlxalq elmi tədqiqatlar Antarktidada baş verən sürətli iqlim dəyişiklikləri ilə bağlı ciddi təhdidlərin olduğunu üzə çıxarıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Nature” elmi jurnalında dərc edilən araşdırmada qeyd olunub.

Məqalədə qitədə buzlaqların sürətlə əriməsi, dəniz səviyyəsinin qalxması və ekosistemdə dərin dəyişikliklərin artıq müşahidə olunduğu vurğulanır. Avstraliyalı alim Nerilie Abram və onun rəhbərlik etdiyi tədqiqat qrupu bu prosesi “rejim dəyişikliyi” adlandırır. Alimlərin qənaətincə, bu dəyişikliklər qlobal iqlim sisteminə zəncirvari təsir göstərərək qlobal çevrilmə reaksiyalarını işə sala bilər. Ən riskli bölgələrdən biri Qərbi Antarktida buzlağıdır. Onun tam çöküşü dəniz səviyyəsinin 3 metrdən çox artmasına səbəb ola və sahilyanı şəhərləri təhlükə altına sala bilər.

Tədqiqatda bildirilir ki, Antarktida ətrafında okean sirkulyasiyasının zəifləməsi müşahidə olunur. Bu proses dünya okeanlarında istilik, oksigen və qida maddələrinin yayılmasına mənfi təsir göstərir və okeanın karbon qazını udma qabiliyyətini azaldır.

İqlim dəyişiklikləri heyvanların da yaşayış mühitinə təsir göstərməkdədir. Xüsusilə imperator pinqvinləri üçün təhlükə artır. Son illərdə bu növün bir çox koloniyasında buzların vaxtından əvvəl əriməsi səbəbindən ciddi nəsil artımı problemləri yaşanıb. Belə ki, 2016-cı ildən bəri bölgədəki, təxminən, 66 koloniyanın 30-da buzların tez əriməsi səbəbindən ya qismən, ya da tam şəkildə nəsil artımı baş tutmayıb. Alimlər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, 2100-cü ilədək imperator pinqvinləri nəsli kəsilmə təhlükəsi ilə üzləşə bilər. Bu problem artıq qitənin müxtəlif bölgələrində qeydə alınır və pinqvinlər üçün təhlükəsiz ərazilər demək olar ki, qalmayıb.

Məqalədə vurğulanır ki, bu dəyişikliklərin qarşısını almaq üçün qlobal miqyasda təcili tədbirlər görülməlidir. Əks təqdirdə, iqlim sistemində qarşısıalınmaz dəyişikliklər baş verə bilər. Həmçinin qeyd olunur ki, Avropa dünyanın ilk iqlim neytral qitəsinə çevrilməyə çalışsa da, bu yolda ciddi çətinliklərlə üzləşir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri