Icma.az
close
up
RU
Alimlər antidepresantların gec təsir etməsinin səbəbini açıqlayıb

Alimlər antidepresantların gec təsir etməsinin səbəbini açıqlayıb

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Beynəlxalq alimlər qrupu müəyyən edib ki, sitalopram adlı antidepresantın ilk dozasından sonra beynin mükafatlara reaksiyası müvəqqəti olaraq azalır, lakin dərman davamlı istifadə edildikcə bu təsir zamanla bərpa olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Journal of Pharmacological Sciences” (JPS) jurnalında dərc olunan tədqiqatda yer alıb.
Depressiya, kədər hissi, həyata marağın itməsi və həzz ala bilməmə kimi simptomlarla müşayiət olunan ciddi psixi pozğunluqdur. Dünyada yüz milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Antidepresantların geniş istifadəsinə baxmayaraq, xəstələrin təxminən 30%-i müalicəyə cavab vermir. Bu isə onların təsir mexanizmlərinin daha yaxşı araşdırılmasına ehtiyac olduğunu göstərir.
Fluoksetin (Prozac) və sitalopram (Celexa) kimi SSRI qrupuna aid dərmanlar beyində serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni və emosional fəaliyyəti yaxşılaşdırır. Ancaq bu dərmanlar dərhal təsir göstərmir – əksər xəstələr yalnız bir neçə həftədən sonra yaxşılaşma hiss edir. Alimlər bu gecikmənin beyində gedən mürəkkəb uyğunlaşma prosesləri ilə bağlı olduğunu düşünürdülər, lakin dəqiq səbəb indiyə qədər məlum deyildi.
Bu sualın cavabını tapmaq üçün Masaşi Koda və onun həmkarları siçanlar üzərində təcrübə aparıblar. Alimlər beynin dorsal raphe nüvəsindəki (DRN) serotonerjik neyronların fəaliyyətini tədqiq ediblər. Bu beyin bölgəsi əhval-ruhiyyənin tənzimlənməsi və mükafatların işlənməsi ilə bağlıdır.
Alimlər fibrofotometriya metodundan istifadə edərək sitalopramın tək və uzunmüddətli istifadəsindən sonra beynin şirin mükafata (məsələn, şəkərə) reaksiyasının necə dəyişdiyini ölçüblər.
Məlum olub ki:
- Sitalopramın ilk dozasından sonra serotonin səviyyəsi artsa da, DRN-də neyronların şəkərə reaksiyası azalıb.
- Bu azalma, dərmanın 5-HT1A reseptorlarını aktivləşdirərək avtosupressiv reaksiyaya səbəb olması ilə bağlıdır.
- Beyin müvəqqəti olaraq mükafatlara daha az həssas olur, lakin dərman uzun müddət qəbul edildikdə bu təsir zəifləyir və antidepresan təsiri tədricən özünü göstərir.
Tədqiqatçılar 5-HT1A reseptorlarını (S)-WAY100135 dərmanı ilə blokladıqda, sitalopramın ilk dozasından sonra neyron aktivliyinin azalmasının qarşısı alınıb. Bu nəticə, antidepresantların gec təsir etməsinin məhz bu reseptorların aktivləşdirilməsi ilə bağlı olduğunu sübut edir.
Bu araşdırma, depressiya müalicəsinin effektivliyini artırmaq üçün yeni yanaşmaların işlənib hazırlanmasına kömək edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri