Icma.az
close
up
RU
Alimlər aqressiv xərçəngi məhv etmək üçün “ağıllı bomba” yaradıblar

Alimlər aqressiv xərçəngi məhv etmək üçün “ağıllı bomba” yaradıblar

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Alimlər aqressiv xərçəngi məhv etmək üçün “ağıllı bomba” yaradıblar


Riversaydda Kaliforniya və Miçiqan Dövlət Universitetlərinin alimləri siyanin-karboran duzları adlanan işığa həssas kimyəvi maddələrin yeni sinfini yaradıblar. Onlar xərçəngin aqressiv formalarının, məsələn, metastatik döş xərçənginin müalicəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər.
Oxuməni.az xəbər verir ki, bu barədə araşdırma “Angewandte Chemie International Edition” (ACIE) elmi jurnalında dərc olunub.
Fotodinamik terapiya (PDT) artıq dəri və sidik kisəsi xərçənginin müalicəsində istifadə olunur. O, xərçəng hüceyrələrində toplanan və işığa məruz qaldıqda onları məhv edən işığa həssas kimyəvi maddələrin aktivləşməsinə əsaslanır. Bununla belə, ənənəvi PDT üsullarının çatışmazlıqları var: uzunmüddətli fotohəssaslıq, aşağı işıq nüfuzu və sağlam toxuma üçün toksiklik.
Yeni siyanin-karboran duzları bu problemləri həll edir. Onlar bədəndən sürətlə xaric edilir, yalnız xərçəng hüceyrələrində qalır və toxumaya daha dərindən nüfuz edən yaxın infraqırmızı işıqla aktivləşdirilir. Bu, əvvəllər PDT üçün əlçatmaz olan dərin yerləşmiş şişləri müalicə etməyə imkan verir.
Siçanlar üzərində aparılan sınaqlarda terapiya “ağıllı bomba” kimi sağlam toxumalara zərər vermədən şişləri tamamilə məhv etdi.
Tədqiqatın müəlliflərindən biri, kimya professoru Vincent Lavallo, "Ən maraqlısı, maddənin sağlam toxuma zərər vermədən xərçəng hüceyrələrini xüsusi olaraq hədəf alma qabiliyyətidir,"-o deyib.
Duzlar şişlərdə həddindən artıq ifadə olunan OATP zülalları tərəfindən qəbul edilərək xərçəng hüceyrələrinin təbii həssaslığından istifadə edir. Bu, terapiyanı daha dəqiq və qənaətcil edir, əlavə kimyəvi maddələrə ehtiyacı aradan qaldırır.
Tədqiqatçılar həmçinin duzların müalicə variantlarını genişləndirərək, digər enerji mənbələri ilə istifadə etmək üçün dəyişdirilə biləcəyini təklif edirlər.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 13 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri