Icma.az
close
up
RU
Alimlər fizika qaydalarını alt üst edən yeni maddə kəşf ediblər

Alimlər fizika qaydalarını alt üst edən yeni maddə kəşf ediblər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material elektrik avtomobillərinin (EA) akkumulyatorlarını daim yenisi kimi çalışmasına kömək edə bilər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və San Dieqo Kaliforniya Universitetinin alimlərinin kəşf etdikləri yeni maddə termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirir.

Tədqiqat qrupuna rəhbərlik edən professor Dr. Şirley Menq: "Biz düşünürük ki, redoks kimyası vasitəsilə bu materialların xüsusiyyətlərini tənzimləyə bilərik. Bu, çox maraqlı tətbiqlərə qapı aça bilər", - deyib.

Termodinamikanın qanunlarına görə, maddə qızdırıldıqda genişlənir, sıxıldıqda isə həcmi azalır. Lakin tədqiqatçılar bu qaydalara zidd davranan metastabil materiallar hazırlayıblar.

Prof. Menq: "Materialı qızdırdığınız zaman onun həcmi kiçilir. Bu olduqca qeyri-adi haldır", - deyə açıqlama verib.

Maddənin bu davranışı təkcə fundamental elm üçün deyil, həm də tətbiqi texnologiyalar üçün inqilabi xarakter daşıyır.

Xüsusilə elektrikli avtomobil akkumulyatorlarının yenilənməsi, konstruktiv akkumulyator sistemləri və istiliyə davamlı materialların istehsalı kimi sahələrdə böyük imkanlar təqdim edir.

Tədqiqat qrupundan biri olan Dr. Minghao Çanq qeyd etdi ki, bu yeni sinif materialları sıfır istilik genişlənməsi nümayiş etdirmək üçün tənzimlənə bilər. O, bildirib ki, bu, tikinti sənayesində də inqilab edə bilər.

“Hər bir binada istifadə olunan müxtəlif tikinti materiallarında istiliklə bağlı həcm dəyişikliyi ciddi problemlər yarada bilər. Lakin bu materiallar sayəsində belə problemlərin qarşısını almaq olar”, - deyə Çanq əlavə edib.

"Onların təzyiq və istilik altında davranışları da təəccüblüdür: Materiya hətta gigapaskal səviyyələrində güclü təzyiq altında da genişlənməyə davam edir. Əgər bir maddəni hər tərəfdən sıxsanız, təbii olaraq onun həcminin kiçilməsini gözləyərsiniz. Amma bu maddə bunun əksini edir", - deyə Çanq bildirib.

Tədqiqatçılar bu materialların elektrokimyəvi enerjiyə reaksiyasını da öyrəniblər. Bu metastabil maddələrə elektrik gərginliyi tətbiq edildikdə, onlar ilkin sabit vəziyyətinə qayıda bilirlər. Bu o deməkdir ki, istifadə olunan EA batareyalarının tutumu yenidən artırıla bilər.

Dr. Çanq: “Yalnız bir gərginlik tətbiqi ilə batareya orijinal vəziyyətinə qayıda bilər. Onu nə istehsalçıya, nə də xidmət təminatçılarına göndərmək lazım deyil. Batareyanız təzə kimi qalacaq”, - deyib.

Tədqiqatın digər bir töhfəsi də fundamental elmlərdə anlayışa yeni bir ölçü əlavə etməsidir. Prof. Menq: "Bu, təkcə texnoloji deyil, həm də elmi paradiqma dəyişikliyidir", - deyə bildirib.

Tədqiqatçılar yeni materialın kimyəvi davranışını daha ətraflı öyrənməklə onu enerji saxlama sistemlərindən tutmuş kosmik texnologiyalara qədər bir çox sahədə tətbiq oluna bilən hala gətirməyi hədəfləyirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri