Icma.az
close
up
RU
Alimlər həyəcan təbili çaldı Dünyanı gözləyən böyük təhlükə KONKRET

Alimlər həyəcan təbili çaldı Dünyanı gözləyən böyük təhlükə KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada temperaturun daha da yüksələcəyi və bunun yüz minlərlə insanın ölümünə səbəb ola biləcəyi açıqlanıb. Alimlər Sakit okeanda yaranan “El-Ninyo” iqlim hadisəsinin qarşıdakı aylarda havanı daha da istiləşdirəcəyini bildirirlər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, “Climate İmpact Lab” tərəfindən hazırlanan hesabata görə, güclü “El-Ninyo” hadisəsi 2027-ci ilin fevralına qədər dünyada təxminən 451 min əlavə istidən ölümə səbəb ola bilər. Qeyd edək ki, bu rəqəm artıq baş vermiş ölümlərin sayı deyil. Bu, alimlərin temperatur göstəriciləri və əvvəlki illərdə isti hava ilə bağlı ölüm halları əsasında hazırladığı proqnozdur.

Hesabata görə, yalnız 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralına qədər olan 6 ay ərzində təxminən 239 min əlavə istidən ölüm qeydə alına bilər. Ən böyük risk isti iqlimə malik ölkələrdə gözlənilir. Proqnoza əsasən, Nigeriyada təxminən 31 400, İndoneziyada 19 300, Sudanda 17 600, Hindistanda 15 700, Braziliyada isə 13 300 əlavə ölüm ola bilər. ABŞ üçün isə bu rəqəm təxminən 3 500 nəfərdir. Alimlər bildirirlər ki, yaşlı insanlar və isti havada açıq ərazidə işləyən şəxslər daha çox risk altındadır.

“El-Ninyo”nun təsiri yalnız havanın temperaturunun artması ilə məhdudlaşmır. Bu hadisə dünyada yağışların paylanmasına da təsir göstərəcək.  Bəzi ölkələrdə quraqlıq və meşə yanğınları artacaq, digər bölgələrdə isə güclü yağış və daşqınlar baş verəcək. Mütəxəssislər bildirirlər ki, bu hadisələr nəticəsində yarana biləcək ölümlər 451 minlik proqnoza daxil edilməyib. Yəni həmin rəqəm yalnız yüksək temperaturla əlaqəli əlavə ölümləri əhatə edir.

Hesabatda “El-Ninyo”nun gücünün əvvəlki güclü hadisələrlə müqayisədə daha yüksək ola biləcəyi qeyd olunur.

Araşdırma müəllifləri isti hava ilə bağlı riskləri azaltmaq üçün əvvəlcədən xəbərdarlıq sistemlərinin, sərinləmə məntəqələrinin və xüsusilə açıq havada işləyən insanlar üçün qoruyucu tədbirlərin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, “El-Ninyo” Sakit okeanın ekvator yaxınlığında yerləşən hissəsində dəniz suyunun qeyri-adi şəkildə isinməsi ilə yaranan təbii iqlim hadisəsidir. Bu istiləşmə dünyanın müxtəlif bölgələrində havanın temperaturuna, yağışlara və küləklərə təsir edir. Nəticədə bəzi yerlərdə havalar daha isti və quraq, digər bölgələrdə isə yağışlı keçə bilər. “El-Ninyo” adətən bir neçə aydan bir neçə ilə qədər davam edən dövrlərlə baş verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Sentyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri