Icma.az
close
up
RU
Alimlər kosmosun dərinliyində həyatın yaranmasının mənşəyini tapıblar

Alimlər kosmosun dərinliyində həyatın yaranmasının mənşəyini tapıblar

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa və ABŞ-dən olan beynəlxalq alim qrupu həyatın fundamental biokimyəvi proseslərin Yer yaranmazdan çox əvvəl kosmosun buzlu dərinliklərində yarana biləcəyini sübut ediblər.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, canlı orqanizmlərin mənşəyi haqqında təsəvvürləri dəyişdirən bu kəşf “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc edilib.

Nitsa Kimya İnstitutu (CNRS) və Havay Universitetinin Manoa komandası laboratoriyada ulduzlararası məkanın şəraitini yaradıb. İnfraqırmızı spektroskopiya və xromatoqrafiya kombinasiyasından istifadə edərək, mütəxəssislər bütün canlı hüceyrələrin mərkəzi metabolik prosesi olan Krebs tsiklinin tam üzvi molekul dəstini aşkar ediblər.

Məlum olub ki, bu birləşmələr aktiv ulduz əmələgəlmə bölgələrində kosmik şüalanmanın təsiri altında buzlu nanohissəciklərdə formalaşır.

Eksperimentdə aşkar edilmiş Krebs tsikli bütün canlı hüceyrələri enerji ilə təmin edir, tənəffüs mexanizmlərinin əsasında durur və sadə üzvi molekulları mürəkkəb biokimyəvi mexanizmlərlə əlaqələndirir.

“Əslində, biz milyardlarla il öncə ulduzlararası toz hissəciklərində başlanan kimyəvi proseslər sayəsində nəfəs alırıq”, – alimlər qeyd ediblər.

Mütəxəssislərin sözlərinə görə, onların kəşfi kosmosun potensial yaşayış zonalarının müəyyənləşdirilməsi metodikası da daxil olmaqla, Kainatda həyatın axtarışı üçün yeni bir paradiqma təklif edir. Bu həm də Yerdəki həyatın kosmik mənşəyi nəzəriyyəsinin xeyrinə bir sübutdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Aprel 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri