Icma.az
close
up
RU
İdman etməyin faydaları

İdman etməyin faydaları

Icma.az, Sia Az saytına istinadən bildirir.

“İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Araşdırmalara görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin fikrincə, idman — tanış olmaq üçün ən yaxşı vasitədir. İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağı, yeni insanlarla ünsiyyətdə olmağa zəmin yaradır. İdmanla məşğul olan insanların əhatəsində siz də sərbəstləşirsiniz, öz fikirlərinizi bölüşürsünüz, sağlamlıq haqqında informasiyalar əldə edirsiniz.

İdman — səyahət etməyə bəhanə ola bilər. Xizək sürməyi az-çox öyrəndikdən sonra digər qış turizmi olan kurort ölkələrə getmək və öz təcrübənizi artırmaq istəyiniz yaranacaq. Bu, təkcə xizək sürməyə deyil, sörfinqə də aiddir.

İdman - yaşlanma əleyhinə vasitədir. İdmanla təkcə gözəl formaya sahib olmaq üçün məşğul olmuruq. Düzgün olunan hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir. Belə ki, hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır. Bu da orqanizmin immun sistemini daima saz vəziyyətdə saxlanması deməkdir. İdman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə əzələlərin daimi məşq etdirilməsi beynin yaxşılaşmasına zəmin yaradır.

İdman — yeni həyat tərziniz ola bilər. İdmanla məşğul olmağa qərar verdiyiniz andan etibarən sizin tərziniz dəyişəcək: ən azı siz özünüzə yeni idman forması və ayaqqabıları alacaqsınız, tez-tez rahat geyinəcəksiniz, məşqçinin dediyi kimi qidalanacaqsınız, sağlam qidalanmaq və sağlam yaşamaq haqqında informasiyalar daha çox almış olacaqsınız və bunu başqaları ilə də bölüşməyə başlayacaqsınız.

“İdman öz üzərində çalışmaqdır. Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa ərinirsiniz… Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi «Məndə hər şey yaxşı alınacaq!» düşüncəsinə cəmləyin. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək kimi ideyalar haqqında düşünə bilərsiniz.

İdman — sağlam qidalanmaya gedən yoldur. Əldə etdiyiniz nəticələr sizin üçün çox vacib olduğundan tədricən qazlı içkilər, şirni, «fast-food» kimi qidalar sizin yemək rejiminizdən çıxacaq”, - deyə Gülbaba Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri