Icma.az
close
up
RU
Alimlər müəyyən edib: D vitamini qocalmanı ləngidir

Alimlər müəyyən edib: D vitamini qocalmanı ləngidir

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni araşdırma nəticəsində məlum olub ki, əlavə şəkildə qəbul edilən D vitamini hüceyrələrin qocalmasını ləngidə bilər. Alimlərin fikrincə, bu vitamin DNT-nin uc hissəsində yerləşən və yaşlandıqca qısalan telomerlərin itməsinin qarşısını alır.

BAKU.WS xəbər verir ki, söhbət ABŞ-də aparılan VITamin D and OmegA-3 TriaL (VITAL) adlı tədqiqatdan gedir. Layihədə 55 yaşdan yuxarı qadınlar və 50 yaşdan yuxarı kişilər olmaqla ümumilikdə 26 min nəfər iştirak edib. Onlar təsadüfi şəkildə D vitamini, balıq yağı, bu ikisinin kombinasiyası və ya plasebo qəbul edən qruplara bölünüb.

Harvard Universitetinin klinik və translasiya elmləri mərkəzinə yaxın yaşayan 1054 iştirakçı üzərində aparılan əlavə araşdırmada onların qan nümunələri 4 il ərzində 3 dəfə analiz edilib. Məqsəd telomerlərin vəziyyətini izləmək olub.

Telomerlər xromosomların uclarını örtən təkrarlanan DNT ardıcıllıqlarıdır. Onlar çox qısaldıqda hüceyrə bölünməsini dayandırır və ölür. Hüceyrələrin artan itkisi isə yaşlanmaya səbəb olur.

Araşdırmanın əvvəlində bütün qruplarda telomer uzunluğu təxminən eyni – 8700 baza cütü olub. D vitamini qəbul edənlərdə telomerlərin qısalması dörd il ərzində orta hesabla 140 baza cütü daha az olub. Maraqlıdır ki, balıq yağı qəbul edənlərdə bu baxımdan ciddi fərq müşahidə edilməyib.

Mütəxəssislər bildirirlər ki, D vitamininin hüceyrə səviyyəsində qocalma prosesini yavaşlatmaq qabiliyyəti var və bu, sağlam yaşlanma üçün mühüm faktor ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri