Icma.az
close
up
RU
Alimlər Qırmızı dəniz haqqında sensasion kəşf etdi

Alimlər Qırmızı dəniz haqqında sensasion kəşf etdi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kral Abdulla adına Elm və Texnologiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, təxminən 6,2 milyon il əvvəl Qırmızı dəniz tamamilə quruyub, daha sonra isə Hind okeanından gələn sularla qəfil dolub.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Phys" nəşrində dərc olunub. 

Seismik təsvir, mikrodaşlaşmış qalıqlar və geokimyəvi tarixləndirmə metodlarından istifadə edən alimlər bu nəhəng dəyişikliklərin cəmi 100 min il ərzində baş verdiyini göstəriblər. Bu, geoloji miqyas üçün anlıq hesab olunur.

Əvvəllər Qırmızı dəniz şimaldan Aralıq dənizi ilə bağlı idi. Lakin əlaqə kəsildikdən sonra o, boş duzlu hövzəyə çevrilmişdi. Cənubda yerləşən vulkanik sədd dənizi Hind okeanından ayırıb. Təxminən 6,2 milyon il əvvəl baş verən güclü daşqın bu baryeri yararaq Babul-Məndəb boğazını açıb və Qırmızı dənizi yenidən okeanla birləşdirib.

Güclü su axını 320 kilometrlik sualtı kanyon əmələ gətirib ki, bu da bu gün də dənizin dibində görünür. Duz və gipslə örtülmüş hövzə qısa müddətdə su ilə dolub və təxminən 100 min il ərzində normal dəniz ekosistemi bərpa olunub.

Bu hadisə məşhur Zankl daşqınından (Aralıq dənizini yenidən doldurmuş proses) təxminən 1 milyon il əvvəl baş verib və Qırmızı dənizə unikal "ikinci həyat" qazandırıb.

Tədqiqatçılar bildirirlər ki, Qırmızı dənizin tarixi Yerin okeanlarının formalaşması, duz yığıntılarının yaranması, iqlim və tektonikanın qarşılıqlı təsirini anlamaq üçün mühüm təbii laboratoriyadır.

Baş müəllif Tihana Pensa qeyd edib: "Bizim nəticələrimiz göstərir ki, Qırmızı dəniz Yer kürəsində baş verən ən ekstremal ekoloji hadisələrdən birini yaşayıb: tamamilə quruyub və qəfil yenidən canlanıb".

Alimlər vurğulayırlar ki, bu hadisə bölgənin qədimdə də kəskin ekoloji dəyişikliklərə məruz qaldığını, lakin sonradan yenidən məhsuldar dəniz mühitinə çevrildiyini göstərir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri