Icma.az
close
up
RU
Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 avqust, AZƏRTAC

Tədqiqatçılar Çində 12 düyü plantasiyasında aparılan yeni təcrübələr də daxil olmaqla, qlobal miqyasda 214 tarla istiləşmə təcrübəsindən əldə edilən məlumatları təhlil ediblər. Onlar müəyyən ediblər ki, çəltiyin inkişaf etdiyi reproduktiv mərhələdə 30 dərəcə Selsidən yuxarı temperaturlara məruz qalma istiləşmə ilə əlaqəli məhsul itkisinin əsas səbəbidir.

AZƏRTAC “Science Advance” nəşrinə istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, reproduktiv mərhələdə 30 dərəcə Selsidən yuxarı temperatur hər gün düyü məhsuldarlığını 1,8 faizə qədər azaldır. Müqayisə üçün qeyd olunub ki, geniş istifadə edilən qlobal məhsul modelləri əlavə gün üçün itkiləri cəmi 1,3 faizə qədər qiymətləndirir ki, bu da onların istiliyin təsirini əhəmiyyətli dərəcədə az qiymətləndirdiyini göstərir.

Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, tarla təcrübələrində müşahidə olunan məhsul itkilərinin 70 faizindən çoxu orta mövsümi temperaturların artması ilə deyil, yüksək temperaturlara məruz qalma ilə əlaqədardır. Çəltiyin erkən böyümə mərhələlərində məruz qaldığı istilik isə məhsuldarlığa daha az təsir göstərir.

Tarla təcrübələrindən əldə edilən dəlillərdən istifadə edərək qlobal məhsul modellərini tənzimləyən tədqiqat qrupu qlobal orta temperaturun 1 dərəcə Selsi artmasının düyü məhsuldarlığını təxminən 8,1 faiz azaldacağını təxmin edir. Bu, orijinal modellər tərəfindən proqnozlaşdırılan 3,8 faizlik azalmadan iki dəfə çoxdur.

Bununla belə, çəltik becərilməsi üzrə ən bədbin proqnoz düyünün əsas qida məhsulu olduğu və bitkilərin yüksək temperatur təsirinə daha çox məruz qalacağı gözlənilən Cənubi və Cənub-Şərqi Asiya ilə bağlı verilib. Pakistan, Hindistan, Banqladeş, Tailand, Filippin və Myanma kimi ölkələrdə məhsul itkiləri proqnozlaşdırılan həddən də çox artıb. Çin və Yaponiyada isə bu artım cüzidir. Ekspertlər məhsuldarlığın azalmasının qlobal bazarda düyünün qiymətlərinə mənfi təsir edəcəyini bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri