Icma.az
close
up
RU
Alimlər qol hərəkətlərinin bərpası üçün “robot jilet” İXTİRA ETDİLƏR

Alimlər qol hərəkətlərinin bərpası üçün “robot jilet” İXTİRA ETDİLƏR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Harvard Universitetinin alimlərinin yeni ixtirası dayaq-hərəkət sistemi pozğunluğu olan pasiyentlərin reabilitasiyasında böyük irəliləyiş ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın elmi-populyar jurnalı Popular Science məlumat yayıb.
Uzunqol jileti xatırladan qurğu qolların hərəkətini dəstəkləyir və insanlara əsas hərəkətləri – diş fırçalamaqdan tutmuş əşyaları saxlamağa qədər – yerinə yetirməkdə kömək edir.
İxtira “üzərində gəzdirmək lazım olan robot” adlandırılır. Jiletin qoltuqaltı hissəsində hərəkət zamanı həcmini dəyişən şişmə aktuatorlar yerləşdirilib. Qurğu sensorlar və şüurlu hərəkətlərlə təsadüfi hərəkətləri ayırd edə bilən avtomatik alqoritmlər vasitəsilə idarə olunur.
 

“Texnologiya mahiyyətcə sadədir. Bu, qoltuqaltında şar formasında şişmə aktuatorları olan köynəkdir. Təzyiq altında onlar istifadəçiyə cazibə qüvvəsini dəf etməyə, qolunu və çiynini qaldırmağa kömək edir”, – deyə Harvard professoru Tommazzo Proetti izah edib.


Son model ətrafı dəstəkləmək üçün lazım olan minimal təzyiqi hesablayır, bu da hərəkətləri maksimum təbii edir. Qurğunun işləmə dəqiqliyi 94%-ə çatıb, halbuki əvvəlki versiyada bu göstərici cəmi 32% idi.
Sınaqlar insult keçirmiş beş pasiyent və amiotrofik sklerozlu dörd nəfər üzərində aparılıb.
Nəticələr təsdiq edir ki, “robot-jilet” fizioterapiyada effektiv vasitəyə çevrilə və gündəlik həyat bacarıqlarının bərpasını xeyli asanlaşdıra bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see264

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see247

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see162

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri